SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moldova XİN rəhbəri Bakıya gəlir

© Sputnik / POOL / Mediabanka keçidNikolay Popesku
Nikolay Popesku - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri
BAKI, 8 fevral — Sputnik. Bu gün Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Nikolay Popeskunun Azərbaycana gələcəyi gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Moldovanın Bakıdakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirin səfəri fevralın 9-na qədər davam edəcək.
Xatırladaq ki, fevralın 3-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VIII iclası çərçivəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunu qəbul etmişdi.
Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verərək Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırmışdı.
Nazir Pərviz Şahbazov isə yeni mənbədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın tədarükündə Məşvərət Şurasının töhfələrini qeyd edərək, Moldovanın ilk dəfə olaraq budəfəki iclasda iştirakını alqışlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
XİN: Ermənistan bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib
Xəbər lenti
0