Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənc qadın öz evində amansızlıqla qətlə yetirilib

© Sputnik / Murad OrujovPPX avtomobili
PPX avtomobili - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
BAKI, 7 fevral — Sputnik. Bakıda 39 yaşlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 7-də Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0