Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək

© Sputnik / Murad OrujovBakıda taksi, arxiv şəkli
Bakıda taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
BAKI, 7 fevral — Sputnik. Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələri üç ay müddətində hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.
Sənədə görə, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Bakı Nəqliyyat Agentliyinin (BNA) idarəetmə orqanları yaradılacaq. Qeyd edək ki, fərmanla BNA Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0