Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu ilin boks yarışlarının təqvimi açıqlanıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
Türkiyədə (Ərzurum) daha bir qitə yarışı - məktəbli oğlan və qızlar arasında təşkil ediləcək (10-31 avqust).
BAKI, 6 fevral — Sputnik. Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək.
Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər arasında təşkil ediləcək.
Belə ki, martın 11-24-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında U-22 Avropa çempionatı keçiriləcək.
Bir ay sonra gənclərin Avropa çempionatı (10-22 aprel) Bolqarıstanın Sofiya şəhərində baş tutacaq.
Qadınlar arasında dünya çempionatına mayın 6-21-də İstanbul ev sahibliyi edəcək. Həmin ay kişilər arasında qitə çempionatı (21-31 may) Ermənistanda baş tutacaq.
Qadınlar arasında analoji yarış isə iyulun 21-31-də Ulan-Udedə (Rusiya) keçiriləcək.
© Photo : Azərbaycan boks federasiyasının mətbuat xidmətiİtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi - Sputnik Azərbaycan, 1920, 05.02.2022
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi
Türkiyədə (Ərzurum) daha bir qitə yarışı - məktəbli oğlan və qızlar arasında təşkil ediləcək (10-31 avqust).
Nəhayət, ilin son yarışı yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan 2028-ci il Yay Olimpiya Oyunlarında reqbiçilərlə də təmsil oluna bilər
Pekin Olimpiadasının açılış mərasimində idmançıların ən parlaq görüntüləri
Həndbol Federasiyasına kim prezident seçilib?
Xəbər lenti
0