https://sputnik.az/20220206/amea-da-islahat-ucun-komissiyalari-yaradilib-bir-nefer-iki-defeden-cox-direktor-olmamali-438881649.html
AMEA-da islahat komissiyaları yaradılıb - İcraçı direktor Həsən Babayev
AMEA-da islahat komissiyaları yaradılıb - İcraçı direktor Həsən Babayev
İcraçı direktorun sözlərinə görə, alimlərimizin bir hissəsi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz... 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T13:07+0400
2022-02-06T13:07+0400
2022-02-06T13:16+0400
elm
amea
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 6 fevral - Sputnik. AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb.Bunu Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev Report-a bildirib. Alim islahatların yalnız inkişafa xidmət etdiyini vurğulayıb.H.Babayev aparılan islahatlarla bağlı təkliflər irəli sürüb:“İnstitutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə təcrübəyə malik olması, icraçı direktorların isə elmdə uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək.İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir”.İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində nailiyyətlərə imza atmaq mümkündür.H.Babayev Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra müxtəlif sahələrdə olduğu kimi, elm sahəsində də müəyyən problemlərin özünü göstərməyə başladığını qeyd edərək bunun əsas səbəbinin həmin dövrdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olduğunu diqqətə çatdırıb.İcraçı direktorun sözlərinə görə, bu dövrdə alimlərimizin bir hissəsi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz tutub. Yalnız az bir hissə AMEA-da fəaliyyətini davam etdirərək elmi tədqiqatlar aparıblar. Məhz bu səbəbdən uzun illər elmimizdə irəliləyiş əldə olunmayıb, dünya elmi qarşısında böyük geriləmə müşahidə olunub. Bu da öz növbəsində AMEA əməkdaşları arasında böyük məyusluq yaradıb.H.Babayev bildirib ki, aparılan islahatlar nəticəsində bəzi müəssisələrdə aşkar olunan pozuntular aradan qaldırılıb, rəhbərlik dəyişdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
amea
AMEA-da islahat komissiyaları yaradılıb - İcraçı direktor Həsən Babayev
13:07 06.02.2022 (Yenilənib: 13:16 06.02.2022) İcraçı direktorun sözlərinə görə, alimlərimizin bir hissəsi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz tutub.
BAKI, 6 fevral - Sputnik. AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb.
Bunu Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev Report-a bildirib. Alim islahatların yalnız inkişafa xidmət etdiyini vurğulayıb.
H.Babayev aparılan islahatlarla bağlı təkliflər irəli sürüb:
“İnstitutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə təcrübəyə malik olması, icraçı direktorların isə elmdə uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək.
İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir”.
İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində nailiyyətlərə imza atmaq mümkündür.
H.Babayev Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra müxtəlif sahələrdə olduğu kimi, elm sahəsində də müəyyən problemlərin özünü göstərməyə başladığını qeyd edərək bunun əsas səbəbinin həmin dövrdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olduğunu diqqətə çatdırıb.
İcraçı direktorun sözlərinə görə, bu dövrdə alimlərimizin bir hissəsi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz tutub. Yalnız az bir hissə AMEA-da fəaliyyətini davam etdirərək elmi tədqiqatlar aparıblar. Məhz bu səbəbdən uzun illər elmimizdə irəliləyiş əldə olunmayıb, dünya elmi qarşısında böyük geriləmə müşahidə olunub. Bu da öz növbəsində AMEA əməkdaşları arasında böyük məyusluq yaradıb.
H.Babayev bildirib ki, aparılan islahatlar nəticəsində bəzi müəssisələrdə aşkar olunan pozuntular aradan qaldırılıb, rəhbərlik dəyişdirilib.