Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Rusiyanın qaz nəqlini kəskin azaldacağını gözləmir - Ekspert

© Sputnik / Maksim Blinov / Mediabanka keçid"Qazprom" stendi, arxiv şəkli
Qazprom stendi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Avropa Parlamentinin rəhbəri Josep Borrell Avropa İttifaqı Rusiyadan tədarükün azalacağı təqdirdə ABŞ, Qətər və Azərbaycan kimi ölkələrin qaz tədarükünü kompensasiya edəcəyini gözləyir.
BAKI, 5 fevral - Sputnik. Bazarda heç kim ciddi şəkildə Rusiyadan Avropaya qaz nəqlinin kəskin azalmasını gözləmir - əks halda onun qiyməti bir neçə dəfə bahalaşardı. Belə bir açıqlama ilə RİA Novosti-yə müsahibəsində Rusiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Sergey Kolobanov çıxış edib.
“Bu ilin fevralında Avropaya elan edilən əlavə təbii qaz tədarükü Rusiyadan qaz nəqlinin həcmini tam kompensasiya edə bilməyəcək. Ona görə də, peşəkar oyunçular məhdudiyyətlərin qaçılmaz olacağına inansaydılar, qazın qiyməti dəfələrlə artmış olardı”, - deyə o qeyd edib.
Analitikin fikrincə, indi bazarda Rusiyadan Avropaya qaz nəqlinin mümkün məhdudlaşdırılması və ya dayandırılması perspektivi (mümkün sanksiyalara cavab olaraq) ciddi şəkildə nəzərdən keçirilmir.
Kolobanov qeyd edib ki, bunu dekabrın sonlarında pik qiymətlərdən sonra qazın qiymətinin iki dəfədən də artıq - hər min kubmetr üçün 900 dollar səviyyəsinə enməsi sübut edir.
Qeyd edək ki, Avropa Parlamentinin rəhbəri Josep Borrell Avropa İttifaqı Rusiyadan tədarükün azalacağı təqdirdə ABŞ, Qətər və Azərbaycan kimi ölkələrin qaz tədarükünü kompensasiya edəcəyini gözlədiyiniu bildirib.
Borrell hesab edir ki, Avropada təhlükəsizlik danışıqları uğursuz olarsa, Rusiyadan Aİ-yə qaz nəqlinin azalması və ya hətta dayandırılması baş verə bilər.
Xatırladaq ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın, fövqəladə vəziyyət yaranarsa, Avropaya daha çox qaz tədarük etməyə hazır olduğunu deyib.
"Əgər Türkiyədəki kimi kəskin ehtiyac yaransa, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq", - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev
ABŞ və Aİ Avropaya qaz tədarükü üçün alternativ variantlar axtarır
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Xəbər lenti
0