Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah hava necə olacaq?

© Sputnik / Reshad Rashidov İsmayıllı-Muğanlı yolunda vəziyyət
 İsmayıllı-Muğanlı yolunda vəziyyət - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
BAKI, 4 fevral — Sputnik. Azərbaycan ərazisində sabah, fevralın 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-4°, gündüz 5-7°, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 7-11° isti, dağlarda 2-6°, gündüz 0-2° şaxta olacaq.
Sabah avtomobil yollarında gözlənilən vəziyyət də açıqlanıb: gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Göyçay-Ucar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Naxçıvan-Şahbuz, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 400-700 m-dək məhdudlaşacaq
Eləcə də Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən yollarında duman səbəbindən görünüş məsafəsi qısalacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0