CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermerlər üçün tədris mərkəzlərinin yaradılması müzakirə edilib

© AFP 2023 / PATRICK T. FALLONFermerlər, arxiv şəkli
Fermerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Azərbaycanda qoyunçuluğun və ümumilikdə heyvandarlığın inkişafı, eləcə də yerli cins heyvanların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
BAKI, 4 fevral — Sputnik. Azərbaycan Heyvandarlıq Assosiasiyasında (AHA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri ilə görüş keçirilib.
AHA-dan Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, eləcə də FAO-nun Azərbaycan nümayəndəliyinin layihə rəhbərləri Elməddin Namazov və Ülkər Abdullazadə iştirak ediblər.
Görüş zamanı ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən işlərdən danışılıb və mövcud problemlər barədə müzakirələr aparılıb.
Eyni zamanda, ölkəmizdə heyvandarlığın inkişafı, idxal olunan xarici cins heyvanların yetişdirilməsi, müasir heyvandarlıq üçün zəruri olan qida rasionları və ərzaq riskləri, eləcə də fermerlərin maarifləndirilməsi üçün sahə tədris mərkəzlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin söhbət zamanı Azərbaycan Heyvandarlıq Assosiasiyasının tərkibində qoyunçuluğun inkişafı üçün FAO nümayəndələrinin təklif etdiyi layihə və fermerlərin bu layihəyə cəlb olunmasının zəruriliyi müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanda qoyunçuluğun və ümumilikdə heyvandarlığın inkişafı, eləcə də yerli cins heyvanların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, digər mövzular ətrafında müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Fındığın qiyməti aşağıdır - Kəndlilər narahatdır
Bu il qiymətlərin düşəcəyi gözlənilir - VİDEO
Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
Fermerə dəyən ziyan belə ödənilir-VİDEO
Avropa İttifaqından Azərbaycan fındığı ilə bağlı mühüm qərar
Xəbər lenti
0