CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağıdılmış evlərdən çox sayda mina aşkarlandı - VİDEO

© Sputnik / Emin AlisahibAğdamda minatəmizləmə işləri
Ağdamda minatəmizləmə işləri - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.
BAKI, 4 fevral — Sputnik. Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.
Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.
Düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb, o, Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.
Düşərgə əməliyyat, inzibati, xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.
Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir.
Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0