CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz dayanma və durmaya görə cərimə artır - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaBakını mərkəzində parklanmış avtomobillər
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Eyni zamanda dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.
BAKI, 3 fevral — Sputnik. Nəqliyyat vasitəsinin yolun hərəkət hissələrinin kəsişməsində dayanmasına və ya durmasına görə yeni cərimə müəyyənləşir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsini müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə qanunsuz olaraq səkilərdə, habelə hərəkət hisslərinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilməsi təklif olunur.
Eyni zamanda ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Millət vəkili: "Yol olsa, parlamentə velosipedlə gələcəm"
Qeyd edək ki, Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib kİ, son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib.
O deyib ki, pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır: "Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm".
Qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək
Xatırladaq ki, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0