Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Omicron"dan qorunmaq üçün nə etmək lazımdır?

© pixabay / Alexandra_KochOmikron yazısı, arxiv şəkli
Omikron yazısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Kliniki Tibbi Mərkəzin baş infeksionistinin sözlərinə görə, "Omicron" ştammının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir.
BAKI, 3 fevral — Sputnik. Gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, "Omicron" ştammının bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir: "Yeni ştamm əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştamm əsasən üst-tənəffüs yollarında olur. "Omicron"dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır".
F.Sədirov virusa yoluxmuş şəxsin 7 günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib:

"Əgər hazırda 10 nəfərdən 9-u 7 gün keçdikdə ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında biri, ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır.

Əgər şikayətlər davam edərsə belə, 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız 0-a yaxınlaşır".
Xatırladaq ki, son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 xəstə müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 şəxs vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727-si müalicə olunaraq sağalıb, 8 779-u vəfat edib, aktiv xəstə sayı 30807 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0