Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır

© AP Photo / Martin MejiaMiqrant
Miqrant  - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yaradılması həyata keçirilir. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 3 fevral — Sputnik. Azərbaycan ərazisində yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasını təmin etmək üçün əlverişli şəraitin yaradılması, miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumi yanaşmasının tətbiqi, o cümlədən miqrantların özlərinin bu prosesə cəlb olunmasının təşviq edilməsi ölkəmizin miqrasiya siyasətinin mühüm istiqamətlərindən biridir.
Dövlət Miqrasiya Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd olunan məqsədlərə töhfə verilməsi, eyni zamanda, ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha fəal cəlb edilməsi, onların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yaradılması həyata keçirilir.
Miqrant Şurasının üzvlərinin müəyyənləşdirilməsi məqsədilə bu il fevralın 25-dək namizədlərin qeydiyyatına başlanılır.
Bununla əlaqədar, uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan, mənsub olduğu dövlətin ölkəmizdə fəaliyyət göstərən icmaları və diaspor təşkilatları ilə sıx təmasları olan, habelə ictimai fəallığı ilə seçilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər həmin Şuranın fəaliyyətində aktiv iştirak etməyə dəvət edilir.
Şuranın üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olan şəxslər aidiyyəti üzrə doldurulmuş ərizə-anket formasını (https://www.migration.gov.az saytından əldə etmək olar) və CV təqdim etməlidirlər.
Miqrant Şurasının tərkibi namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra müəyyənləşdiriləcək.
Namizədlər tələb olunan məlumatları fevralın 25-dək migrantcouncil@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.
Ətraflı məlumat üçün (012) 919 - Çağrı Mərkəzinə zəng etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0