Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yeni qanun: Bu ölkənin vətəndaşlığını necə almaq olar

© Sputnik / Murad OrujovRusiya vətəndaşının pasportu, arxiv şəkli
Rusiya vətəndaşının pasportu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı sahəsində münasibətləri tənzimləyən qanun layihəsini Dövlət Dumasına təqdim edib. Sənədin mətni Dumanın elektron bazasında yayımlanıb.
BAKI, 02 fevral — Sputnik. Rusiya Federasiyası hökuməti vətəndaşlıq haqqında prezidentin qanun layihəsini dəstəkləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının elektron məlumat bazasında dərc olunmuş təşəbbüsə Nazirlər Kabinetinin cavabında deyilir.
"Rusiya Federasiyası hökuməti qanun layihəsini dəstəkləyir", - deyə sənəddə bildirilir.
Sənəd Rusiya vətəndaşlığına qəbul edildikdə 20-dən çox kateqoriyalı şəxslərə qoyulan tələblərin sayının azaldılmasını, habelə sadələşdirilmiş qəbul hüququ olan şəxslərin kateqoriyasını müəyyən etmək üçün dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun bir müdəət əvvəl bildirib ki, qanun layihəsi Dövlət Duması tərəfindən prioritet olaraq 2022-ci ilin əvvəlində nəzərdən keçiriləcək.
Bu federal qanun Rusiya Federasiyasının vətəndaşlığı sahəsində münasibətləri, o cümlədən Rusiya Federasiyası vətəndaşlığının əldə edilməsi və ona xitam verilməsinin əsaslarını, şərtlərini və qaydalarını müəyyən edir.
Rusiya vətəndaşlığını almaq üçün əsaslar
Vətəndaşlığa sadələşdirilmiş qaydada qəbul proseduru 20 kateqoriyadan olan şəxslərə şamil ediləcək. Onların arasında:
️ Həmvətənlər (keçmiş SSRİ vətəndaşları və onların uşaqları, könüllü köçürmə proqramının iştirakçıları);
️Rusiyada yaxın qohumları olan vətəndaşlar;
️ Rusiya imperiyası təbəələrinin nəslindən olanlar və Sovet İttifaqı vətəndaşları.
Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyasına Belarus, Ukrayna, Moldova və Qazaxıstan vətəndaşları daxildir.
Prezident istisna halı kimi Rusiya vətəndaşlığı verə bilər:
️Böyük Vətən Müharibəsi Veteranlarına;
️Rusiyaya xüsusi xidmət göstərənlərə;
️Peşəsinə və ya ixtisasına görə Rusiyanı maraqlandıran şəxslərə.
Sərmayədarlar və ixtisaslaşmış mütəxəssislər sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının alınması üçün müraciət edə biləcək şəxslərin kateqoriyasına daxil edilmir.
Rusiya vətəndaşı ilə bağlanmış nikah meyarına əsasən sadələşdirilmiş Rusiya vətəndaşlığının əldə edilməsi yalnız həmin nikahdan uşaq doğulduğu halda mümkün olacaq.
RF vətəndaşlığına xitam verilməsi
Rusiya vətəndaşlığına xitam verilməsi institutu da tətbiq edilir və belə cəzanın veriləcəyi cinayətlərin siyahısı genişləndirilir.
Rusiya Federasiyasının Prezidenti yaşayış yerindən asılı olmayaraq xarici vətəndaşların himayəsində olan və ya onlar tərəfindən övladlığa götürülmüş uşaqların Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi haqqında qərarlar qəbul edir.
Valideynlərinin (övladlığa götürənlərin) təşəbbüsü ilə Rusiya vətəndaşlığına xitam verilmiş bütün şəxslərin 18 yaşına çatdıqdan sonra beş il ərzində Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ var.
Rusiya Federasiyası vətəndaşlığına bütün digər əsaslarla (cinayət törətmək, saxta sənədlərdən istifadə etmək və bilərəkdən yalan məlumat vermək) xitam verilməsi Rusiya Federasiyası Prezidentinin mütləq razılığı ilə həyata keçirilir.
Eyni zamanda, qeyd edilir ki, Rusiya Federasiyası Prezidentinin ölkədə yaşayan vətəndaşların iradəsini könüllü şəkildə ifadə etməsi ilə əlaqədar Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətlərinin vətəndaşlıqdan könüllü çıxmaq üçün vahid mexanizmin tətbiqini təmin edəcək Rusiya Daxili İşlər Nazirliyinə verilməsi təklif edilir.
Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsinə səbəb olan cinayətlərin siyahısı:
terror cinayətləri,
dövlətə qarşı ağır cinayətlər,
narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi sahəsində cinayətlər.
Vətəndaşlığı və ya çoxsaylı vətəndaşlığı olan Rusiya vətəndaşı, yaşayış yerindən asılı olmayaraq, Rusiya Federasiyası tərəfindən yalnız Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Körpəyə bu adı qoymaq olmaz
Valideyinlərinin kölgəsində qalan məşhur övladlar - VİDEO
Rus deyillər, amma rus dünyasının hissəsidirlər: həmvətənlər konqresində nədən danışıblar
Xəbər lenti
0