Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin yaz sessiyası üçün işlər planı təsdiqlənib

 Milli Məclis - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Qanunvericilik işləri planına daxil edilən qanun layihələri Sputnik Azərbaycan-ın materialında.
BAKI, 2 fevral — Sputnik. Parlamentin ötən günki plenar iclasında Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanunvericilik işləri planına 10 məsələ daxil edilib.
Həmin qanun layihələri bunlardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri
3. "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi
4." Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi
5. "Lombardlar haqqında" qanun layihəsi
6. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi
7. "Ali təhsil haqqında" qanun layihəsi
8. "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi
9. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Müzakirələrdən sonra Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu gün Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir. Gündəlikdə 12 məsələ var.
Xəbər lenti
0