Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

COVID-19-a qarşı burun peyvəndinin sınaqları necə gedir

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidQamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq
Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq  - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Nazal (burun daxili) peyvəndin tətbiqi ilkin peyvəndlə revaksinasiya arasındakı vaxtı artıra bilər.
BAKI, 01 fevral - Sputnik. Rusiyada 2-2,5 ay ərzində koronavirusa qarşı burun peyvəndinin sınaqları başa çatmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, əgər müvəffəqiyyət qazanarsa, ölkənin Səhiyyə Nazirliyi onu qeydiyyata alacaq və kütləvi istifadəyə başlayacaq.
Gamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzi direktoru Aleksandr Gintsburq bildirib ki, artıq kliniki sınaqlar başlayıb.
"Onlarla həmvətənimiz peyvənd olunub. Əgər hər şey plan üzrə getsə, 2-2,5 ay ərzində biz intranazal peyvəndin birinci və ya ikinci fazasını sınaqdan keçirməliyik. Ümid edirəm ki, Səhiyyə Nazirliyinə icazə verəcək, bizə qeydiyyat şəhadətnaməsi verəcək və bu peyvənd preparatının kütləvi istifadəsinə keçiləcək”, – deyə Gintsburq “Rossiya 24” kanalının efirində bildirib.
Onun sözlərinə görə, nazal (burun daxili) peyvəndin tətbiqi ilkin peyvəndlə revaksinasiya arasındakı vaxtı artıra bilər.
Qeyd edək ki, 30-31 yanvar tarixlərində statistikaya əsasən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Buster doza yaşı 50-dən yuxarı olan şəxslərə necə təsir edir?
"Buster" doza bu şəxslər üçün vacibdir
Xəbər lenti
0