Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gündən magistraturaya sənəd qəbulu başlayır

© Joe Raedle / Getty Images / AFPSənəd
Sənəd  - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Magistraturaya hazırlaşan bakalavrlara kömək üçün ümumi intellekt səviyyəsini yoxlayan testlər "Magistr" jurnalında dərc edilib.
BAKI, 1 fevral — Sputnik. Bu gündən magistraturaya sənəd qəbulu başlayır. Bakalavrlar fevralın 1-dən 10-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub təsdiq etməlidirlər.
Sputnik Azərbaycan xəbər verir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistraturaya qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri "Magistr" jurnalının 2-ci sayında dərc edilib.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0