Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb

© AP Photo / Jae C. Hongdistant təhsil
distant təhsil - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir
BAKI, 1 fevral — Sputnik. Azərbaycanda distant təhsildə olan məktəb və siniflərin sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir.
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, distant təhsilə keçən siniflərin sayı isə 203-dür.
Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.
Qeyd edək ki, Azərbaycanda üçüncü dozanı almamış vətəndaşlar 15 fevraldan sonra bu məkanlara buraxılmayacaqlar:

📷 Kafe, restoran, otel və digər əyləncə yerlərinə
📷 Böyük ticarət mərkəzlərinə
📷 İdman və fitnes komplekslərinə, idman zallarına, hamamlara, saunalara
📷 Şadlıq saraylarına
📷 Universitetlərə və kolleclərə
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0