Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bəzi yollar buz bağlayacaq, duman olacaq

© Sputnik / Murad OrujovYol nişanı, arxiv şəkli
Yol nişanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
BAKI, 29 yanvar — Sputnik. Yanvarın 30-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvar ayının 30-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Ucar-Zərdab-Ağcabədi yollarında da görünüş məsafəsi eyni səbəbdən qısalacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
İstirahət gününə olan hava proqnozuna gəlincə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə temperatur sıfıra yaxın olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı bildirilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi rayonlarda gecə 3-15, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0