https://sputnik.az/20220129/azerbaycan-avropaya-qaz-tedarukunu-artira-biler-438412436.html
Azərbaycan Avropaya qaz tədarükünü artıra bilər
Azərbaycan Avropaya qaz tədarükünü artıra bilər
Sputnik Azərbaycan
Avropa Rusiyadan qaz tədarükü dayanacağı, yaxud da nəqldə fasilə yaranacağı təqdirdə alternativ qaz mənbələri axtarışındadır. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T10:22+0400
2022-01-29T10:22+0400
2022-01-31T15:05+0400
neft-qaz
avropa
qaz
tədarük
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40333/89/403338921_0:0:1801:1014_1920x0_80_0_0_97fd0d8e1d48e2e96857996aa673a5f7.jpg
BAKI, 29 yanvar — Sputnik. Azərbaycan, fövqəladə vəziyyət yaranarsa, Avropaya daha çox qaz tədarük etməyə hazırdır.Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Bloomberg-ə müsahibəsində deyib."Əgər Türkiyədəki kimi kəskin ehtiyac yaransa, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq", - deyə səfir bildirib.Səfirin sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir."Biz qısamüddətli böhranla əlaqədar enerji təhlükəsizliyi, potensial genişlənmə və həcmlərin artırılması barədə qərarlar qəbul etmirik. Qısamüddətli mandatlarla uğur qazanmaq mümkün deyil. Bu, uzunmüddətli planlaşdırma, prosesdir", - Süleymanov bildirib.Avropa Rusiyadan qaz tədarükü dayanacağı, yaxud da nəqldə fasilə yaranacağı təqdirdə alternativ qaz mənbələri axtarışındadır. İrana Türkiyədən qaz nəqli dayandırılan zaman isə Azərbaycan qardaş ölkəyə əlavə qaz tədarükünü təmin etmişdi. Avropanın energetika komissarı Kadri Simson artıq ABŞ və Qətərlə danışıqlar aparıb və fevralın 4-də Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40333/89/403338921_5:0:1614:1207_1920x0_80_0_0_beb09f5dde4445c1e7939c07bcc9e2f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan avropaya qaz tədarükünü artıra bilər
azərbaycan avropaya qaz tədarükünü artıra bilər
Azərbaycan Avropaya qaz tədarükünü artıra bilər
10:22 29.01.2022 (Yenilənib: 15:05 31.01.2022) Avropa Rusiyadan qaz tədarükü dayanacağı, yaxud da nəqldə fasilə yaranacağı təqdirdə alternativ qaz mənbələri axtarışındadır.
BAKI, 29 yanvar — Sputnik. Azərbaycan, fövqəladə vəziyyət yaranarsa, Avropaya daha çox qaz tədarük etməyə hazırdır.
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Bloomberg-ə müsahibəsində deyib.
"Əgər Türkiyədəki kimi kəskin ehtiyac yaransa, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq", - deyə səfir bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir.
"Biz qısamüddətli böhranla əlaqədar enerji təhlükəsizliyi, potensial genişlənmə və həcmlərin artırılması barədə qərarlar qəbul etmirik. Qısamüddətli mandatlarla uğur qazanmaq mümkün deyil. Bu, uzunmüddətli planlaşdırma, prosesdir", - Süleymanov bildirib.
Avropa Rusiyadan qaz tədarükü dayanacağı, yaxud da nəqldə fasilə yaranacağı təqdirdə alternativ qaz mənbələri axtarışındadır. İrana Türkiyədən qaz nəqli dayandırılan zaman isə Azərbaycan qardaş ölkəyə əlavə qaz tədarükünü təmin etmişdi.
Avropanın energetika komissarı Kadri Simson artıq ABŞ və Qətərlə danışıqlar aparıb və fevralın 4-də Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.