https://sputnik.az/20220128/abs-rusiya-ile-danisiqlari-davam-etdirmeye-hazirdir-438590625.html
ABŞ Rusiya ilə danışıqları davam etdirməyə hazırdır
ABŞ Rusiya ilə danışıqları davam etdirməyə hazırdır
Sputnik Azərbaycan
Dövlət Departamenti Rusiyaya verdiyi yazılı cavabın dərc olunmayacağına ümidvar olduğunu bildirib. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T00:18+0400
2022-01-28T00:18+0400
2022-01-28T00:18+0400
dünya xəbərləri
abş
cavab
danışıqlar
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427997274_0:0:2635:1483_1920x0_80_0_0_631057aa5af8c79434e62f9af093b167.jpg
BAKI, 28 yanvar - Sputnik. ABŞ gözləyir ki, Moskvanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə Vaşinqtonun göndərdiyi cavabı Rusiya oxuduqdan sonra danışıqları davam etdirəcək. Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ Dövlət katibinin müşaviri Viktoriya Nuland deyib. "Ümid edirik ki, Moskva bizim irəli sürdüyümüz təklifləri nəzərdən keçirəcək və danışıqlar masası arxasına qayıdacaq", - Nuland Dövlət Departamentinin brifinqində deyib.Çərşənbə günü Vaşinqton Moskvaya Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə yazılı cavab verib. Dövlət Departamenti həmin sənədin dərc olunmayacağına və iki tərəf arasında diplomatik danışıq predmeti olaraq qalacağına ümidvar olduğunu bildirib.Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabında NATO-nun şərqə doğru genişlənməməsi barədə ən əsas suala cavab vermədiyini deyib."Sənədin məzmunu - orada ciddi söhbətin başlanmasına dair ümid etməyə imkan verən reaksiya var, ancaq bu, ikinci dərəcəli məsələlər barədədir", - deyə Lavrov vurğulayıb.Təhlükəsizlik zəmanətləri2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Lavrov: ABŞ əsas suala cavab vermədi
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427997274_320:0:2635:1736_1920x0_80_0_0_3ee61b5212daab00ae2f506add0a3a5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş rusiyanı təhlükəsizlik zəmanətləri üzrə yeni iclasa gözləyir
abş rusiyanı təhlükəsizlik zəmanətləri üzrə yeni iclasa gözləyir
ABŞ Rusiya ilə danışıqları davam etdirməyə hazırdır
Dövlət Departamenti Rusiyaya verdiyi yazılı cavabın dərc olunmayacağına ümidvar olduğunu bildirib.
BAKI, 28 yanvar - Sputnik. ABŞ gözləyir ki, Moskvanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə Vaşinqtonun göndərdiyi cavabı Rusiya oxuduqdan sonra danışıqları davam etdirəcək.
Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ Dövlət katibinin müşaviri Viktoriya Nuland deyib.
"Ümid edirik ki, Moskva bizim irəli sürdüyümüz təklifləri nəzərdən keçirəcək və danışıqlar masası arxasına qayıdacaq", - Nuland Dövlət Departamentinin brifinqində deyib.
Çərşənbə günü Vaşinqton Moskvaya Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təkliflərinə yazılı cavab verib. Dövlət Departamenti həmin sənədin dərc olunmayacağına və iki tərəf arasında diplomatik danışıq predmeti olaraq qalacağına ümidvar olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabında NATO-nun şərqə doğru genişlənməməsi barədə ən əsas suala cavab vermədiyini deyib.
"Sənədin məzmunu - orada ciddi söhbətin başlanmasına dair ümid etməyə imkan verən reaksiya var, ancaq bu, ikinci dərəcəli məsələlər barədədir", - deyə Lavrov vurğulayıb.
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.