DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu NATO və Rusiyaya çağırış etdi: bir-iki görüşlə problemi həll etmək olmaz

© © Turkish Foreign Ministry via AP, PoolMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Mövlud Çavuşoğlu deyib ki, bir-iki görüşlə, məktublaşmalarla problemi həll etmək olmaz.
BAKI, 27 yanvar — Sputnik. Türkiyə Moskvanın tələlərinə cavabdan sonra da NATO və Rusiya arasında dialoqun davam etməsini istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O deyib ki, Rusiya tərəfi öz təkliflərini, həmçinin tələblərini yazılı formada NATO və ABŞ-a çatdırıb: "Öz növbəsində onlar həmin təklif və tələblərə cavablarını veriblər. Tərəflər razılaşmanın mümkün və qeyri-mümkün olduğu məqamları açıqlayıblar. Biz bu dialoqun davam etməsi arzusundayıq. Bir-iki görüşlə, məktublaşmalarla problemi həll etmək olmaz. Səmimiyyət və etimad mühitində atılacaq addımlar gərginliyin azaldılmasına kömək edəcək".
Çavuşoğlu həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyanın Türkiyəyə səfər edəcəyini də açıqlayıb. O bildirib ki, adıçəkilən şəxslər Antalya Diplomatiya Forumuna qatılacaqlar.
"Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumuna qatıla biləcəklərini söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin", - deyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" telekanalına müsahibəsində bildirib ki, "Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini Türkiyədə qəbul etməklə sülhə aparan yolun əsasını qoya bilərik": "Bu, bizim regiondur. Biz Rusiya ilə Ukrayna arasında gərginliyin yeni böhrana çevrilməsinin əleyhinəyik. Bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq. Mən mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır", - deyə Ərdoğan qeyd edib.
"İki ölkənin liderini Türkiyədə qəbul edib, sülhə aparan yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə istəmirik. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik", - deyə Ərdoğan qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0