https://sputnik.az/20220126/sabah-qar-yagacaq-438519139.html
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Sputnik Azərbaycan
Sinoptiklər sabah Bakıda sulu qar yağacağını proqnozlaşdırırlar. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T15:41+0400
2022-01-26T15:41+0400
2022-01-26T15:52+0400
azərbaycan xəbərləri
hava proqnozu
bakı
qar
sulu qar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438339861_326:0:3803:1956_1920x0_80_0_0_06e7f6d00920b8c7bad22510d2cbb119.jpg
BAKI, 26 yanvar — Sputnik. Sabah, yanvarın 27-də dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar ayının 27-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Lənkəran-Lerik, Masallı-Yardımlı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Ağdam-Ağdərə, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Yevlax-Zaqatala Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.Yanvar, əslində, isti keçib“Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub”.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.O bildirib ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb: “Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.Hava yenə soyuyacaqNövbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər”.---------13:19Azərbaycan ərazisində sabah, yanvarın 27-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6°, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/14/438339861_760:0:3368:1956_1920x0_80_0_0_d0ab2db525a4421b13f232766c7710d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gecə 18 dərəcə şaxta olacaq, arabir qar yağacaq - sabahın havası
gecə 18 dərəcə şaxta olacaq, arabir qar yağacaq - sabahın havası
Sabah qar yağacaq, yollar buz bağlayacaq
15:41 26.01.2022 (Yenilənib: 15:52 26.01.2022) Sinoptiklər sabah Bakıda sulu qar yağacağını proqnozlaşdırırlar.
BAKI, 26 yanvar — Sputnik. Sabah, yanvarın 27-də dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar ayının 27-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Lənkəran-Lerik, Masallı-Yardımlı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Ağdam-Ağdərə, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Yevlax-Zaqatala Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Yanvar, əslində, isti keçib
“Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb: “Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.
Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.
Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər”.
Azərbaycan ərazisində sabah, yanvarın 27-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6°, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.