https://sputnik.az/20220126/azerbaycanda-pambigin-fermerlerden-alis-qiymeti-yene-qalxdi-438510245.html
Azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı
Azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı
Sputnik Azərbaycan
Sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı. 26.01.2022, Sputnik Azərbaycan
2022-01-26T11:22+0400
2022-01-26T11:22+0400
2022-01-26T11:39+0400
pambıq
iqtisadiyyat
qiymət
qiymət artımı
https://cdnn1.img.sputnik.az/img/42244/69/422446987_0:5:3070:1732_1920x0_80_0_0_38489111b13f94b4aad409773f87eacc.jpg
BAKI, 26 yanvar — Sputnik. "Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib.Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".Qeyd edək ki, sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılmışdı. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Pambığa "qədir ağacı" əkənlər: Geyinək, yoxsa yeyək?* "Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42244/69/422446987_339:0:3070:2048_1920x0_80_0_0_97e1c1e6c51a2777c25869f152a53514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı
azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı
Azərbaycanda pambığın fermerlərdən alış qiyməti yenə qalxdı
11:22 26.01.2022 (Yenilənib: 11:39 26.01.2022) Sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı.
BAKI, 26 yanvar — Sputnik. "Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".
Qeyd edək ki, sonuncu dəfə pambığın alış qiyməti 2021-ci il avqustun 18-də artırılmışdı. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. *
"Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"