Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İranlı nazir azad edilmiş ərazilərə səfər edəcək

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı  - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
BAKI, 24 yanvar — Sputnik. İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Füzuli şəhərinə səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter”də bildirib.
Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter"də bildirib.
O qeyd edib ki, İran nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə də səfər edəcək.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında bir çox sahələrdə birgə böyük layihələrin olduğunu və səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki layihələr haqda müzakirələr aparılacağını bildirmişdi.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.
© AFP 2024 / ATTA KENAREİranın yol və şəhərsalma naziri Rüstəm Qasemi
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi - Sputnik Azərbaycan, 1920, 24.01.2022
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi
Xatırladaq ki, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə 2022-ci il 18-19 yanvar tarixlərində "Qız Qalası" hidroqovşağında Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü keçirilib.
Bildirilib ki, Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq, icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Zakir Həsənov İrana səfər edəcək
Türkiyə "altılıq" platforması ilə bağlı təklif verdi
Azərbaycanla İran “Xudafərin” və “Qız Qalası”nın tikintisi məsələsində anlaşdı
Xəbər lenti
0