CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il Azərbaycanda neçə intihar hadisəsi baş verib?

© Sputnik / Irade JELILTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Baş Prokuror bildirib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib.
BAKI, 24 yanvar — Sputnik. "Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, bu hadisə ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.
Baş Prokuror bildirib ki, ötən il qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib. Həmin cinayətlərin 155-i açılıb. Yalnız bir iş açılmamış olaraq qalıb. Həmin cinayət Abşeron rayonunda qeydə alınıb.
Qeyd edək ki, son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb. Bu, "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.
Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.
Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub: "Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib".
Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Seksual şantaj və qısnama - gender üzrə hesabatda diqqət çəkənlər
Son iki ildə Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb
Bir gündə iki intihar baş verib
Xəbər lenti
0