CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN Bərdədəki qətllə bağlı məlumat yaydı

© Sputnik / Ilham MustafayevPPX avtomobili, arxiv şəkli
PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
BAKI, 24 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan "Adler Arms" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.
Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İmmunitet sertifikatı yeni qayda ilə veriləcək - Bu gündən
Azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
Xəbər lenti
0