https://sputnik.az/20220124/azerbaycanda-parklanmaya-gore-cerimeler-sertlesdirilir-438438461.html
Azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
Azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
Sputnik Azərbaycan
Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.
2022-01-24T12:36+0400
2022-01-24T12:36+0400
2022-01-24T12:46+0400
parklanma
cəmiyyət
cərimə
qayda
https://cdnn1.img.sputnik.az/img/41051/39/410513966_57:0:2000:1093_1920x0_80_0_0_1892c5d82dd0d3b0c1761ab9077cacf0.jpg
BAKI, 24 yanvar — Sputnik. Dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə olan maddələr təkmilləşdirilir.Belə ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək.Qüvvədə olan Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Bakıda parklanma yerləri necə təşkil ediləcək - videoİndi məndən pul al görüm: Bakıda polis reydlərə başlayırBakıda parklanma yerləri necə təşkil ediləcək - videoBakıda maşınları harada saxlamalı? Parkinqlər və EDM-lər yaradılacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41051/39/410513966_414:0:1871:1093_1920x0_80_0_0_6747cc75a135c1fb3a2243064bd410e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
Azərbaycanda parklanmaya görə cərimələr sərtləşdirilir
12:36 24.01.2022 (Yenilənib: 12:46 24.01.2022) Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə olan maddələr təkmilləşdirilir.
BAKI, 24 yanvar — Sputnik. Dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, parklanma yerlərinin təşkili və istifadəsi qaydalarının pozulmasına görə olan maddələr təkmilləşdirilir.
Belə ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.
Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.