https://sputnik.az/20220123/avropa-komissari-baki-ve-vasinqtonla-danisiqlar-aparacaq--438412066.html
Avropa komissarı Bakı və Vaşinqtonla danışıqlar aparacaq
Avropa komissarı Bakı və Vaşinqtonla danışıqlar aparacaq
Sputnik Azərbaycan
Avropa komissarı Kadri Simson fevralda Bakıda və Vaşinqtonda keçiriləcək konfranslarda iştirak edəcəyini deyib. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T09:53+0400
2022-01-23T09:53+0400
2022-01-23T10:34+0400
neft-qaz
vaşinqton
bakı
qaz
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_0:0:3068:1727_1920x0_80_0_0_38b4a44c57dccfb8a8a6b7d0f57b6947.jpg
BAKI, 23 yanvar - Sputnik. Avropa İttifaqı qaz tədarükünün artırılması potensialı barədə Azərbaycanla danışıqlar aparır.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Fransada keçirilən Aİ-nin Enerji Şurasının qeyri-formal görüşündən sonra bildirib.Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Bakıda və Vaşinqtonda keçiriləcək konfranslarda iştirak edəcəyini deyib."Aİ-də qaz anbarlarının səviyyəsi hazırda həmişəkindən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.Qeyri-formal iclasda qaz bazarında Ukrayna böhranının səbəb olduğu qeyri-müəyyənlik və son aylarda Rusiyadan gələn qaz axınının əhəmiyyətli dərəcədə azalması müzakirə olunub."Mənim mesajım odur ki, Avropanın güclü, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu və fövqəladə hallar zamanı həmrəylik prosedurları var. Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik", - Avropa komissarı vurğulayıb.Avropada qaz qiymətləriAvrokomissar qeyd edib ki, son zamanlar dünyada qazın qiymətləri tarixi maksimumlarına çatıb, bu isə Avropa İttifaqında qaz tariflərinin artmasına səbəb olub, istehlakçılar, sənaye hesabları ödəməkdə çətinlik yaşayıblar. Simson əlavə edib ki, Avropa İttifaqı istehlakçıların dəstəklənməsi üçün 21 milyard avro həcmində tədbirlər görüb.Cümə günü birjalarda alqı-satqı yekununda Avropada qaz fyuçersləri min kubmetr üçün 900 dollardan baha olub. Günün başlanğıcında Niderland TTF indeksi üzrə fyuçerslər 880 dollar olub. Ötən il dekabrın sonunda isə kotirovkalar 2190.4 dollar/kubmetr səviyyəsində tarixi maksimuma çatmış, sonra isə tədricən enməyə başlamışdı. Yanvarın ilk yarısında fyuçerslərin qiyməti qeyri-sabit dinamika göstərib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_215:0:2944:2047_1920x0_80_0_0_e899c56c6cd2134a99db7a903e832d1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa qaz tədarükü üçün bakı və vaşinqtonla müzakirə aparacaq
avropa qaz tədarükü üçün bakı və vaşinqtonla müzakirə aparacaq
Avropa komissarı Bakı və Vaşinqtonla danışıqlar aparacaq
09:53 23.01.2022 (Yenilənib: 10:34 23.01.2022) Avropa komissarı Kadri Simson fevralda Bakıda və Vaşinqtonda keçiriləcək konfranslarda iştirak edəcəyini deyib.
BAKI, 23 yanvar - Sputnik. Avropa İttifaqı qaz tədarükünün artırılması potensialı barədə Azərbaycanla danışıqlar aparır.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Fransada keçirilən Aİ-nin Enerji Şurasının qeyri-formal görüşündən sonra bildirib.
Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Bakıda və Vaşinqtonda keçiriləcək konfranslarda iştirak edəcəyini deyib.
"Danışıqları davam etdirmək üçün fevralın 4-də mən Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Nazirlər səviyyəsində iclasında, fevralın 7-də isə Vaşinqtonda Aİ-ABŞ Enerji Şurasının iclasında iştirak edəcəyəm", - Avropa Komissarı deyib.
"Aİ-də qaz anbarlarının səviyyəsi hazırda həmişəkindən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.
Qeyri-formal iclasda qaz bazarında Ukrayna böhranının səbəb olduğu qeyri-müəyyənlik və son aylarda Rusiyadan gələn qaz axınının əhəmiyyətli dərəcədə azalması müzakirə olunub.
"Mənim mesajım odur ki, Avropanın güclü, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu və fövqəladə hallar zamanı həmrəylik prosedurları var. Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik", - Avropa komissarı vurğulayıb.
Avrokomissar qeyd edib ki, son zamanlar dünyada qazın qiymətləri tarixi maksimumlarına çatıb, bu isə Avropa İttifaqında qaz tariflərinin artmasına səbəb olub, istehlakçılar, sənaye hesabları ödəməkdə çətinlik yaşayıblar.
Simson əlavə edib ki, Avropa İttifaqı istehlakçıların dəstəklənməsi üçün 21 milyard avro həcmində tədbirlər görüb.
Cümə günü birjalarda alqı-satqı yekununda Avropada qaz fyuçersləri min kubmetr üçün 900 dollardan baha olub. Günün başlanğıcında Niderland TTF indeksi üzrə fyuçerslər 880 dollar olub. Ötən il dekabrın sonunda isə kotirovkalar 2190.4 dollar/kubmetr səviyyəsində tarixi maksimuma çatmış, sonra isə tədricən enməyə başlamışdı. Yanvarın ilk yarısında fyuçerslərin qiyməti qeyri-sabit dinamika göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.