DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Son dörd gündə yoluxma dəhşətli həddə çatıb

© REUTERS / FABRIZIO BENSCHReanimasiya
Reanimasiya - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Fransada qaydalar sərtləşir, bundan sonra avtobula uzaq səyahət zamanı da peyvənd pasportu tələb olunacaq
BAKI, 22 yanvar — Sputnik. Son dörd gündür ki, Fransada koronavirusa yoluxmada günlük rəqəmlər dörd yüz mini ötür. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, son 24 saatda virusa yoluxanların sayı 400 min 851 olub.
Bununla da ümumi yoluxanların sayı 16 milyon 498 olub. Son 24 saatda isə 233 nəfər virusdan dünyasını dəyişib. Hazırda Fransada ümumilikdə 28 min 457 nəfər xəstəxanalarda müalicə alır, onlardan 3 min 792-i isə reanimasiyaya yerləşdirilib.
Peyvəndlənməyə gəldikdə isə, bu günədək 134 milyon 689 min 978 peyvənd dozası vurulub. Ümumilikdə isə əhalinin 79.7 faizi ən azı birinci doza peyvənd olunub.
Qeyd edək ki, COVID-19 peyvənd pasportu seminarlar, təlimlər, ictimai yerlər, restoranlar, ticarət mərkəzləri, toylarda tələb olunmaqla yanaşı yanvarın 24-dən tramvay, təyyarə və avtobuslarla uzaq səyahətlərdə də tələb olunacaq.
Bundan başqa, qocalar evinə baş çəkən şəxslər və təcili tibbi yardımın xidməti istisna olmaqla xəstəxanalarda bütün xidmətlərdən yaralanmaq istəyənlərdən peyvənd pasportu tələb olunacaq. Bundan sonra həmin yerlərə daxil olmaq üçün PZR testinin neqativ nəticəsi qəbul edilməyəcək, hər kəsdən peyvənd pasportu tələb olunacaq.
Xəbər lenti
0