https://sputnik.az/20220122/kurun-suyunda-ciddi-azalma-bas-verib-438372237.html
Kürün suyunda ciddi azalma baş verib: Balıqlar kürü tökə bilmir
Kürün suyunda ciddi azalma baş verib: Balıqlar kürü tökə bilmir
Sputnik Azərbaycan
M.Axundovun sözlərinə görə, Kürün səviyyəsində 2 metr enmə müşahidə olunur. Çoxillik normanın 50 faizini təşkil edir. 22.01.2022, Sputnik Azərbaycan
2022-01-22T11:25+0400
2022-01-22T11:25+0400
2022-01-22T11:35+0400
kür
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_0:160:3073:1888_1920x0_80_0_0_dd8e73e8a184bbd465104780a9efbf2e.jpg
BAKI, 22 yanvar — Sputnik. Xəzərin səviyyəsinin enməsindən sonra Kür çayında da suyun azalması müşahidə olunur. Çayda sululuğun azalması səbəbindən çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib. Məlumatlara görə, Kürdə sululuğun azalması balıqların da sayının azalmasına təsir edib.Sputnik Azərbaycan Kürdə suyun səviyyəsinin azalmasının səbəblərini və bunun Kürdə faunaya təsirini araşdırıb.Yağıntılar azalıbÖncə qeyd edək ki, 2020-ci ildə də Kürün səviyyəsində kəskin enmələr müşahidə olunurdu. Əsasən isti yay fəslinə təsadüf etdiyindən, Kürün quruması yağıntıların az olması ilə əlaqələndirilirdi. Lakin hazırda ölkə ərazisində kifayət qədər yağıntılı havalar qeydə alınır. Buna baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir. Kür ətrafında yaşayan sakinlərin sözlərinə görə, proses bir müddətdir ki, davam edir. Son bir aydan çoxdur ki, Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.Akademik H.Əliyev adına Coğrafiya İnstitututunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Kürün səviyyəsində azalma qlobal iqlim dəyişikliklərinin təsirindəndir: "Atmosferdə temperatur artır. Bu isə yağıntıların azalması ilə nəticələnir. Havalar quraq keçdiyindən, çaylarda sululuq azalır".H.Nəbiyevin sözlərinə görə, son illər havaların yağıntılı keçdiyi bölgələrdə də yağıntı miqdarı azalıb: "Cənub bölgəmiz ən çox yağıntı düşən ərazidir. Amma elə vəziyyət yaranıb ki, artıq Lənkəran, Astara rayonlarına da yağış az yağır. Lənkəran kimi Gədəbəydə də son illər yay quraq keçir".Əhalinin suya tələbatı artıbİnstitut rəsmisi deyir ki, Kürün səviyyəsinin enməsi əhalinin şirin suya tələbatını artırır. Həmçinin kənd təsərrüfatının inkişafına maneələr yaradır: "Son bir neçə ildir ki, ölkəmizdə kənd təsərrüfatı inkişaf edir. Bu isə avtomatik olaraq suvarmaya tələbatı artırır. Azərbaycan ərazisinin 50 faizini suvarmaya ehtiyac olan ərazilər təşkil etdiyindən, Kürdə suyun azalması ən çox kənd təsərrüfatına təsir edəcək".Balıqlar kürü tökə bilmirEkologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kürdə suyun 50 faiz azalması müşahidə olunur. M.Axundov deyir ki, yaz aylarında balıqların kürü tökmə vaxtıdır. Kürün səviyyəsinin enməsi balıqların kürü tökməsinə mane olur: "Çəki, amazon, nərə kimi balıqlar bu zaman Kürə girib kürü tökə bilmir. Nəticədə balıqların azalmasına təsir göstərir. Ümumiyyətlə, son 5-6 ildə balıq ehtiyatları azalıb. Anoloji hal təkcə Azərbaycanda müşahidə olunmur. Eyni tendensiya Volqa, Ural çaylarında da müşahidə edilir".İqlim dəyişiklikləri balıqların çoxalmasına da təsir edirM.Axundovun sözlərinə görə, Kürün səviyyəsində 2 metr enmə müşahidə olunur. Çoxillik normanın 50 faizini təşkil edir: "Kürün dənizə tökülən ən aşağı hissəsində, 6-8 metrlik yerdə Kürün hündürlüyü 40-60 sm-dir. Bu həcmdə suya balıq girmir. Kifayət qədər su tökülməlidir ki, balıq girib çaya kürü töksün. Ona görə də son 5-6 ildə balıqlarda çoxalma faizi aşağı düşüb".M.Axundov Kürdə suyun azalmasının iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu söyləyib.Qeyd edək ki, ötən ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_170:0:2901:2048_1920x0_80_0_0_bf902675d27cfcaccec6b3ea23c78898.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sos: azərbaycanın ən böyük çayı kür yoxa çıxır
sos: azərbaycanın ən böyük çayı kür yoxa çıxır
Kürün suyunda ciddi azalma baş verib: Balıqlar kürü tökə bilmir
11:25 22.01.2022 (Yenilənib: 11:35 22.01.2022) M.Axundovun sözlərinə görə, Kürün səviyyəsində 2 metr enmə müşahidə olunur. Çoxillik normanın 50 faizini təşkil edir.
BAKI, 22 yanvar — Sputnik. Xəzərin səviyyəsinin enməsindən sonra Kür çayında da suyun azalması müşahidə olunur. Çayda sululuğun azalması səbəbindən çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib. Məlumatlara görə, Kürdə sululuğun azalması balıqların da sayının azalmasına təsir edib.
Sputnik Azərbaycan Kürdə suyun səviyyəsinin azalmasının səbəblərini və bunun Kürdə faunaya təsirini araşdırıb.
Öncə qeyd edək ki, 2020-ci ildə də Kürün səviyyəsində kəskin enmələr müşahidə olunurdu. Əsasən isti yay fəslinə təsadüf etdiyindən, Kürün quruması yağıntıların az olması ilə əlaqələndirilirdi. Lakin hazırda ölkə ərazisində kifayət qədər yağıntılı havalar qeydə alınır. Buna baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir. Kür ətrafında yaşayan sakinlərin sözlərinə görə, proses bir müddətdir ki, davam edir. Son bir aydan çoxdur ki, Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.
Akademik H.Əliyev adına Coğrafiya İnstitututunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Kürün səviyyəsində azalma qlobal iqlim dəyişikliklərinin təsirindəndir: "Atmosferdə temperatur artır. Bu isə yağıntıların azalması ilə nəticələnir. Havalar quraq keçdiyindən, çaylarda sululuq azalır".
H.Nəbiyevin sözlərinə görə, son illər havaların yağıntılı keçdiyi bölgələrdə də yağıntı miqdarı azalıb: "Cənub bölgəmiz ən çox yağıntı düşən ərazidir. Amma elə vəziyyət yaranıb ki, artıq Lənkəran, Astara rayonlarına da yağış az yağır. Lənkəran kimi Gədəbəydə də son illər yay quraq keçir".
Əhalinin suya tələbatı artıb
İnstitut rəsmisi deyir ki, Kürün səviyyəsinin enməsi əhalinin şirin suya tələbatını artırır. Həmçinin kənd təsərrüfatının inkişafına maneələr yaradır: "Son bir neçə ildir ki, ölkəmizdə kənd təsərrüfatı inkişaf edir. Bu isə avtomatik olaraq suvarmaya tələbatı artırır. Azərbaycan ərazisinin 50 faizini suvarmaya ehtiyac olan ərazilər təşkil etdiyindən, Kürdə suyun azalması ən çox kənd təsərrüfatına təsir edəcək".
Balıqlar kürü tökə bilmir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kürdə suyun 50 faiz azalması müşahidə olunur. M.Axundov deyir ki, yaz aylarında balıqların kürü tökmə vaxtıdır. Kürün səviyyəsinin enməsi balıqların kürü tökməsinə mane olur: "Çəki, amazon, nərə kimi balıqlar bu zaman Kürə girib kürü tökə bilmir. Nəticədə balıqların azalmasına təsir göstərir. Ümumiyyətlə, son 5-6 ildə balıq ehtiyatları azalıb. Anoloji hal təkcə Azərbaycanda müşahidə olunmur. Eyni tendensiya Volqa, Ural çaylarında da müşahidə edilir".
İqlim dəyişiklikləri balıqların çoxalmasına da təsir edir
M.Axundovun sözlərinə görə, Kürün səviyyəsində 2 metr enmə müşahidə olunur. Çoxillik normanın 50 faizini təşkil edir: "Kürün dənizə tökülən ən aşağı hissəsində, 6-8 metrlik yerdə Kürün hündürlüyü 40-60 sm-dir. Bu həcmdə suya balıq girmir. Kifayət qədər su tökülməlidir ki, balıq girib çaya kürü töksün. Ona görə də son 5-6 ildə balıqlarda çoxalma faizi aşağı düşüb".
M.Axundov Kürdə suyun azalmasının iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu söyləyib.
Qeyd edək ki, ötən ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enib.