https://sputnik.az/20220121/azerbaycanda-telebelerin-kocurulme-qaydalari-deyisir-438379184.html
Azərbaycanda tələbələrin köçürülmə qaydaları dəyişir
Azərbaycanda tələbələrin köçürülmə qaydaları dəyişir
Sputnik Azərbaycan
Qış tətili dövründə tələbələrin bərpası, akademik məzuniyyətdən qayıtması qaydaları ənənəvi qaydada nəzərdən keçiriləcək. 21.01.2022, Sputnik Azərbaycan
2022-01-21T18:06+0400
2022-01-21T18:06+0400
2022-01-21T18:06+0400
tələbə
təhsil
dəyişiklik
köçürülmə
qayda
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 21 yanvar — Sputnik. Tələbələrin köçürülməsi qaydaları dəyişdirilib.Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası, akademik məzuniyyətdən qayıtması məsələlərinə mövcud qanunvericiliyə əsasən, qış və yay tətili müddətlərində baxılır.2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris materiallarının mənimsənilməsi, imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir. Bununla əlaqədar olaraq, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası, akademik məzuniyyətdən qayıtması qaydaları ənənəvi qaydada nəzərdən keçiriləcək.Eyni zamanda, köçürülmə-bərpa proseslərinin sadələşdirilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.Qeyd edək ki, tələbələrin respublika daxilində, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, dəyişiklik, köçürülmə, qayda
tələbə, dəyişiklik, köçürülmə, qayda
Azərbaycanda tələbələrin köçürülmə qaydaları dəyişir
Qış tətili dövründə tələbələrin bərpası, akademik məzuniyyətdən qayıtması qaydaları ənənəvi qaydada nəzərdən keçiriləcək.
BAKI, 21 yanvar — Sputnik. Tələbələrin köçürülməsi qaydaları dəyişdirilib.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası, akademik məzuniyyətdən qayıtması məsələlərinə mövcud qanunvericiliyə əsasən, qış və yay tətili müddətlərində baxılır.
2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris materiallarının mənimsənilməsi, imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir.
Bununla əlaqədar olaraq, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.
Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası, akademik məzuniyyətdən qayıtması qaydaları ənənəvi qaydada nəzərdən keçiriləcək.
Eyni zamanda, köçürülmə-bərpa proseslərinin sadələşdirilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.
Qeyd edək ki, tələbələrin respublika daxilində, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.