Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran prezidenti Rəisi Rusiya Dumasında nədən danışıb

© Sputnik / Максим Блинов / Mediabanka keçidİran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Rusiya Federasiyası Dövlət Dumasının plenar iclasında çıxış edib
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Rusiya Federasiyası Dövlət Dumasının plenar iclasında çıxış edib - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
İran rəhbəri hesab edir ki, NATO müxtəlif ölkələrin coğrafi məkanlarına nüfuz edir, müstəqil ölkələrə təhlükə yaradır, bu isə nəticədə təşkilatın dağılmasına səbəb olacaq.
BAKI, 20 yanvar – Sputnik. İranla Rusiya arasında əməkdaşlığı tərəfləri qənaətbəxş saymırlar, buna görə də onları inkişaf etdirmək niyyətindədirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Rusiya Dövlət Dumasının cümə axşamı, yanvarın 20-də keçirilən plenar iclasında deyib.
"Mən və cənab Putin hesab edirik ki, İranla Rusiya arasında münasibətlərin səviyyəsi kifayət qədər deyil, qəbuledilməzdir və münasibətlərimizi inkişaf etdirmək üçün böyük addımlar atılmalıdır.
Biz ikitərəfli əlaqələrimizin inkişafına təkan verməkdə qərarlıyıq”, - İran Prezidenti deyib.
Rəisi qeyd edib ki, rusiyalı həmkarı ilə görüşdə ikitərəfli, beynəlxalq münasibətlərdə, eləcə də digər məsələlərdə oxşar mövqelərin olduğu aydınlaşıb.
“İranda və Rusiyada olan potensial imkanları nəzərə alsaq, münasibətlərin inkişafı üçün zəmin var, biz iqtisadiyyat, siyasət, ticarət, elm, mədəniyyət və digər bir çox sahələrdə münasibətləri inkişaf etdirmək niyyətindəyik”, - İİR rəhbəri qeyd edib.
Beynəlxalq siyasət məsələlərinə toxunan Rəisi vurğulayıb ki, Rusiya və İran hər iki ölkənin “daxili işlərinə üçüncü elementlərin müdaxiləsinin qarşısını almalıdır”.
İİR Prezidenti həmçinin qeyd edib ki, hazırda NATO müxtəlif bəhanələrlə müxtəlif ölkələrin coğrafi ərazilərinə nüfuz etməklə məşğuldur. “Qərb davranışı modelini” təşviq edən alyans bu minvalla müstəqil ölkələrə təhdid yaradır. O hesab edir ki, belə davranış axırda təşkilatın dağılması ilə nəticələnəcək.
Beynəlxalq gündəmin ən aktual məsələlərindən birinə toxunan İbrahim Rəisi vurğulayıb ki, nüvə silahının buraxılması İranın müdafiə strategiyasına daxil deyil.
Eyni zamanda İİR Prezidenti tərəflər sanksiyaları aradan qaldıracaqları təqdirdə ölkəsinin nüvə proqramı üzrə danışıqları yeniləməyə hazır olduğunu deyib.
“İran İslam Respublikası, qarşı tərəflər effektiv və ciddi şəkildə sanksiyaları qaldırmaq istəsələr, ciddi surətdə razılaşmalar əldə etməyə qərarlıdır”, - Rəisi Dumadakı çıxışında deyib.
Rəisi həmçinin qeyd edib ki, BAEA öz hesabatlarında dəfələrlə təsdiq edib ki, İranın nüvə fəaliyyəti qanunlara müvafiq şəkildə aparılır və heç bir qanun pozuntusu yoxdur.
İran Prezidenti ölkəsi ilə Rusiyanın münasibətlərinin Suriya istiqamətinə xüsusi diqqət ayırıb.
Bundan başqa, cümə axşamı Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də İbrahim Rəisi ilə görüşüb. Tərəflər parlamentlərarsı münasibətlərin inkişafını, eləcə də yeni qarşılıqlı təsir formatlarını müzakirə ediblər.
Görüş zamanı Volodin Rəisinin Rusiyaya gəlişinin “münasibətləri parlament ölçüləri çərçivəsində daha aktiv inkişaf etdirməyə” imkan yaradacağına ümidvar olduğunu bildirib.

Rəisinin Rusiya səfəri

İbrahim Rəisi İranda prezident seçildikdən sonra Rusiyaya ilk dəfə bu il yanvarın 19-da səfər edib.
Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, Rəisinin Rusiyaya səfəri çox vacibdir, səfər çərçivəsində “İranda hakimiyyətin dəyişdiyi nəzərə alınmaqla münasibətlərin inventarizasiyası” aparılacaq.
Tərəflər həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) problemlərini, iqtisadi gündəmi, beynəlxalq siyasət məsələlərini, BMT-də və digər beynəlxalq təşkilatlardakı fıaliyyəti müzakirə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0