https://sputnik.az/20220119/sayt-ve-qezetlere-maliyye-desteyi-uzre-musabiqenin-neticeleri-aciqlanib---syahi-438308603.html
Sayt və qəzetlərə maliyyə dəstəyi üzrə müsabiqənin nəticələri açıqlanıb - SİYAHI
Sayt və qəzetlərə maliyyə dəstəyi üzrə müsabiqənin nəticələri açıqlanıb - SİYAHI
Sputnik Azərbaycan
Müsabiqənin qalibi olan veb-saytların hər birinə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstəriləcək. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T13:31+0400
2022-01-19T13:31+0400
2022-01-19T13:31+0400
agentlik
azərbaycan xəbərləri
media
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_0:289:3072:2017_1920x0_80_0_0_da91b560e4a79d59273484e9c6317c78.jpg
BAKI, 19 yanvar — Sputnik. Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə (veb-saytlara) və qəzetlərə dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.Bütövlükdə 39 onlayn media subyekti müsabiqənin qalibi olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu saytlardır. Ümumilikdə 16 qəzet müsabiqənin qalibi elan edilib.Qeyd edək ki, Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.Xatırladaq ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 (on beş) min manat məbləğində maliyyə yardımı göstəriləcək.Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.Müsabiqədə qalib gələn onlayn və çap media subyektləri aşağıdakılardır:https://t.me/Acevsmisle/1969?fbclid=IwAR1u6RZ11R-ZTGFept8kUZckofHwLTApEMgXJy_t9xcevL93fVqQNLL10Cs
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_306:0:3037:2048_1920x0_80_0_0_40c7a1741fd54bb98565d2c83d9f9de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hansı sayt və qəzetlərə pul ayrılıb siyahı
hansı sayt və qəzetlərə pul ayrılıb siyahı
Sayt və qəzetlərə maliyyə dəstəyi üzrə müsabiqənin nəticələri açıqlanıb - SİYAHI
Müsabiqənin qalibi olan veb-saytların hər birinə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstəriləcək.
BAKI, 19 yanvar — Sputnik. Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə (veb-saytlara) və qəzetlərə dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.
Bütövlükdə 39 onlayn media subyekti müsabiqənin qalibi olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu saytlardır. Ümumilikdə 16 qəzet müsabiqənin qalibi elan edilib.
Qeyd edək ki, Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Xatırladaq ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 (on beş) min manat məbləğində maliyyə yardımı göstəriləcək.
Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müsabiqədə qalib gələn onlayn və çap media subyektləri aşağıdakılardır: