https://sputnik.az/20220119/erdogan-nazirleri-toplayir--gundemde-ermenistanla-bagli-mesele-de-var-438301950.html
Ərdoğan nazirləri toplayır – Gündəmdə Ermənistanla bağlı məsələ də var
Ərdoğan nazirləri toplayır – Gündəmdə Ermənistanla bağlı məsələ də var
Nazirlər Kabinetinin iclası zamanı həm ölkədaxili, həm də ölkəxarici məsələlər müzakirə olunacaq. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T11:17+0400
2022-01-19T11:17+0400
2022-01-19T11:18+0400
ərdoğan
dünya xəbərləri
ermənistan
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:121:2593:1580_1920x0_80_0_0_73794211e81d1fcf9e5799d9c2b7e262.jpg
BAKI, 19 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.Bildirilir ki, görüş zamanı Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni həmkarı Ruben Rubinyanla ilk görüşünün nəticələri və bundan sonra atılacaq addımlar müzakirə ediləcək.İclas zamanı, həmçinin Türkiyə iqtisadiyyatının vəziyyəti hökumətin iclasında əsas müzakirə mövzusu olacaq. Qiymətlərin endirilməsi və inflyasiya ilə mübarizə məsələləri müzakirə olunacaq.Türkiyə - Ermənistan rəsmilərinin Moskva görüşüQeyd edək ki, yanvarın 14-ü Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıq olub. Danışıqlar 1,5 saat davam edib. Danışıqların detalları açıqlanmır."Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədilə danışıqları davam etdirməyə razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək", - Türkiyə XİN-inin görüşün yekunlarına dair məlumatında deyilir.Ankara və Yerevan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Sərdar Kılıç və Ruben Rubinyan təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Eldar Tanrıverdiyev
https://cdnn1.img.sputnik.az/img/42081/57/420815745_305:0:1635:1330_100x100_80_0_0_f5eb2e667be87b24c7c00616d8b6f3bd.jpg
Eldar Tanrıverdiyev
https://cdnn1.img.sputnik.az/img/42081/57/420815745_305:0:1635:1330_100x100_80_0_0_f5eb2e667be87b24c7c00616d8b6f3bd.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399935_0:0:2593:1946_1920x0_80_0_0_3caf7ceb732b3a606a1f00594e1976fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Eldar Tanrıverdiyev
https://cdnn1.img.sputnik.az/img/42081/57/420815745_305:0:1635:1330_100x100_80_0_0_f5eb2e667be87b24c7c00616d8b6f3bd.jpg
ərdoğan, ermənistan
Ərdoğan nazirləri toplayır – Gündəmdə Ermənistanla bağlı məsələ də var
11:17 19.01.2022 (Yenilənib: 11:18 19.01.2022) Nazirlər Kabinetinin iclası zamanı həm ölkədaxili, həm də ölkəxarici məsələlər müzakirə olunacaq.
BAKI, 19 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.
Bildirilir ki, görüş zamanı Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni həmkarı Ruben Rubinyanla ilk görüşünün nəticələri və bundan sonra atılacaq addımlar müzakirə ediləcək.
İclas zamanı, həmçinin Türkiyə iqtisadiyyatının vəziyyəti hökumətin iclasında əsas müzakirə mövzusu olacaq. Qiymətlərin endirilməsi və inflyasiya ilə mübarizə məsələləri müzakirə olunacaq.
Türkiyə - Ermənistan rəsmilərinin Moskva görüşü
Qeyd edək ki, yanvarın 14-ü Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıq olub. Danışıqlar 1,5 saat davam edib. Danışıqların detalları açıqlanmır.
"Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədilə danışıqları davam etdirməyə razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək", - Türkiyə XİN-inin görüşün yekunlarına dair məlumatında deyilir.
Ankara və Yerevan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Sərdar Kılıç və Ruben Rubinyan təyin olunub.