Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Goranboylu gənc minaya düşsə də, özünü itirməyərək dostlarını köməyə çağırıb - FOTO

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda mina sahəsi
Ağdamda mina sahəsi - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Goranboy Mərkəzi Xəstəxanasına çatdırılan 26 yaşlı Tapqaraqoyunlu sakinin sol ayağı dizindən aşağı amputasiya edilib.
BAKI, 19 yanvar - Sputnik. Gözəgörünməz düşmən daha bir gəncin sağlamlığına zərbə vurub. Goranboyun Tapqaraqoyunlu kəndində 26 yaşlı yerli sakin minaya düşərək ağır xəsarət alıb.
Sputnik Azərbaycan xəbər verir ki, partlayış Vüqar Məmmədov heyvanları İncəçaydan çıxaran zaman baş verib. Minaya düşən Vüqar özünü itirməyib, dostlarına zəng edərək onları köməyə çağırıb.
© Sputnik / Rahim MammadovAtası Maqsud Məmmədov
Atası Maqsud Məmmədov - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Atası Maqsud Məmmədov
Goranboy Mərkəzi Xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat masasına qaldırılıb. Onun sol ayağı dizdən aşağı amputasiya edilib.
Vüqarın atası Maqsud Məmmədov Sputnik Azərbaycan-ın müxbirinə hadisənin təfərrüatını danışıb:
"Oğlum İncəçaya gedib, oradan heyvanlarımızı gətirən zaman partlayış baş verib. Həmin əraziyə hər gün digər kənd sakinləri də gedib-gəlirlər. Hesab edirəm ki, sel gətirib minanı, ya üstü açılıb, Vüqar da heyvanları qaytaran zaman ona toxunub".
Bir bacının yeganə qardaşı olan Vüqar Məmmədov subaydır. Uzun illər ermənilərin atəşi altında yaşayan Tapqaraqoyunlu sakini Şəfiqə Məmmədova nəvəsi Vüqarın minaya düşüb xəsarət almasını ürək ağrısı ilə danışıb:
© Sputnik / Rahim MammadovNənəsi Şəfiqə Məmmədova
Nənəsi Şəfiqə Məmmədova - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Nənəsi Şəfiqə Məmmədova
"Mən elə bir qadınam ki, ermənilərdən qorxmadan güllə yağışı altında İncəçaya gedib gəlmişəm. İndi də özüm həmin ərazidən mal-qaranı gətirirəm, mina və ya nəsə başqa partlayıcı görməmişəm. Elə fikirləşirəm ki, onu sel suları gətirib. Nəvəm də heyvanları çaydan çıxaran zaman partlayış olub. Gətiriblər, ayağı kəsilib. Reanimasiya şöbəsindədir. Gözləyirik ayılsın".
----------------------
18.01.2022
22:30
Tapqaraqoyunlu kənd sakini Məmmədov Vüqar Maqsud oğlunun minaya düşərək xəsarət alması faktını Goranboy rayon Prokurorluğu araşdırır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə prokurorluğun məlumatında deyilir. Qeyd olunur ki, V.Məmmədov piyada əleyhinə minaya düşüb. Xəstəxanada onun sol ayağı amputasiya edilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
----------
21:27
Goranboy sakini minaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu kəndin kənarında yerləşən şəxsi təsərrüfatında qoyun otararkən minaya düşüb. V.Məmmədov xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.
Hazırda vəziyyəti orta ağırdır.
Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən 2021-ci ilin dekabrına olan tarixədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0