CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda səssiz ölüm: 9 yaşlı qız həyatını itirdi, anasının vəziyyəti isə ağırdır

© pixabay / PublicDomainPicturesQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Həkimlərin səyinə baxmayaraq, 9 yaşlı Maral Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb, Nargözəl Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra o, reanimasiyya şöbəsinə yerləşdirilib.
BAKI, 16 yanvar - Sputnik. Xaçmazda ana və bala dəm qazından boğulub. 9 yaşlı qız vəfat edib.
Hadisə Xaçmazın Yeni Həyat qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər.
Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Maral Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Nargözəl Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra o, reanimasiyya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, yanvarın 6-da Abşeronda bir evdə 3 nəfərin dəm qazından boğularaq öldüyü müəyyən edilib.
Belə ki, həmin gün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.
Xatırladaq ki, bayram günlərində də dəm qazından zəhərlənmə hadisəsi baş vermişdi. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb.
Bayram günlərində zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazından boğulma ilə bağlı müraciət edib.
Həmçinin oxuyun:
Sarayda səssiz ölüm: Dəm qazından boğulan üç fəhlənin çürümüş meyitləri aşkarlandı
Evlərdəki səssiz ölüm - dəm qazından zəhərlənmə barədə hər şey
Xəbər lenti
0