Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya desantçılarının ilk təyyarəsi Qazaxıstandan qayıdıb

© Sputnik / Дмитрий Рыжаков / Mediabanka keçidKTMT-nin rusiyalı sülhməramlıları
KTMT-nin rusiyalı sülhməramlıları - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Ümumilikdə 19 təyyarə havaya qalxıb və onlardan sonuncusu yerə enən zaman hava-desant qoşunları komandanlığının iştirakı ilə aerodromda sülhməramlıların təntənəli toplantısı keçiriləcək.
BAKI, 16 yanvar — Sputnik. Bu gün içində KTMT missiyasında iştirak edən Rusiya desantçılarının olduğu Rusiya Aerokosmik Qüvvələrinin ilk hərbi-nəqliyyat təyyarəsi Qazaxıstandan Çkalovski aerodromuna gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin İl-76 hərbi-nəqliyyat aviasiyasının KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Rusiya sülhməramlıları ilə birlikdə ilk təyyarəsi Qazaxıstandan Moskva yaxınlığındakı Çkalovski aerodromuna çatıb", - deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, ümumilikdə 19 təyyarə havaya qalxıb və onlardan sonuncusu yerə enən zaman hava-desant qoşunları komandanlığının iştirakı ilə aerodromda sülhməramlıların təntənəli toplantısı keçiriləcək.
"Təntənəli görüşdən sonra şəxsi heyət silah-sursat, hərbi texnika, əmlakı boşaltmağa və daimi dislokasiya məntəqəsinə yürüş etməyə başlayacaq", - deyə Müdafiə Nazirliyindən qeyd olunub.
Şənbə günü sülhməramlı kontingentin bir hissəsi Qazaxıstandan Rusiyaya qayıdıb. Onların daşınmasına 15 İl-76 və 3 An-124 təyyarəsi cəlb edilib.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra "terror təhlükəsinin aradan qaldırılmasında" kömək üçün KTMT-yə müraciət edib. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 17 polis həlak olub, 1,3 mindən çox polis işçisi isə yaralanıb.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Əməliyyatda Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edib. Strateji əhəmiyyətli obyektlərin mühafizəsi onlara həvalə edilib. Ötəm cümə axşamı, yanvarın 13-də missiyanın başa çatdığı elan edilib.
Həmçinin oxuyun:
KTMT Qazaxıstanda vəziyyətin yenidən kəskinləşməsi ehtimalını dəyərləndirdi
Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər həlak olub
"Elbası"nın kürəkənləri işdən azad olunub
Sülhməramlıların Qazaxıstandan qaytarılması davam edir
Xəbər lenti
0