Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

© Sputnik / Rahim MammadovMingəçevirdə işləməyən təcili yardım maşınları
Mingəçevirdə işləməyən təcili yardım maşınları - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb.
BAKI, 17 yanvar - Sputnik. Qaz sızması Mingəçevirdə növbəti dəfə güclü partlayışa səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış gecə saatlarında şəhərin M.F.Axundov 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qeydə alınıb.
Partlayış zamanı binanın dam örtüyü, bir neçə evin eyvanı zərbənin gücündən qoparaq düşüb. Sakinlər də güclü partlayış səsindən həyəcan keçiriblər. Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb:
“Şəhərdəydim, güclü partlayış səsi eşitdim, tez oraya gəldim. Binanın qarşısında bir qadın gördüm, uşağın valideyni imiş. Soruşdum, içəridə qalan varmı? Dedi, uşaq var. İstiqaməti öyrənib tez qalxdım binaya, çətinliklə də olsa, uşağı təxliyə edə bildim. Sağ-salamat çıxarıb, təcili yardım birqadasına təhvil verdim. Başqa dağıntı altında qalan və ya xəsarət alan olmamışdı”.
Partlayış zamanı xəsarət alan 35 yaşlı Aytən Xudiyeva və onun övladı xəstəxanaya çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
---------------------
16.01.2022
23:56
Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xəbər lenti
0