Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ və NATO-dan gözləntilərini açıqladı

© AFP 2023 / ANGELA WEISSABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Antonovun fikrincə, Vaşinqton danışıqlarda öz mövqeyini arqumentlərlə müdafiə etmək iqtidarında deyil
BAKI, 13 yanvar — Sputnik. Moskva Vaşinqton və onun müttəfiqlərindən Avropa təhlükəsizliyi ilə bağlı təkliflərə əsaslandırılmış yazılı cavab gözləyir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov bildirib.
"Biz böhrandan çıxış yolu üçün öz təşəbbüslərimizi təqdim etdik. Yanvarın 10-u Cenevrədə, yanvarın 12-i isə Brüsseldə Rusiya – NATO Şurası çərçivəsində izah etdik. Adekvat reaksiyaları gözləyirik, lakin populist bəyanatlar şəklində deyil, əsaslandırılmış yazılı təkliflər şəklində", - deyə səfir qeyd edib.
Antonovun fikrincə, Vaşinqton danışıqlarda öz mövqeyini arqumentlərlə müdafiə etmək iqtidarında deyil:
"Belə bir təəssürat yaranır ki, amerikalı siyasətçilər mətbuat vasitəsilə "Rusiyanın Ukraynaya daxil olacağına dair" mifi ortaya atıblar və indi özləri öz fobiyalarına qalib gəlirlər. Üstəlik, senatorların ölkəmizi daha ağrılı şəkildə "cəzalandırmaq" tələblərinin arxasında Avropa təhlükəsizliyi ilə bağlı gedən danışıqlar fonunda Rusiyaya təsir etmək cəhdi dayanır"
Qeyd edək ki, ötən gün Rusiya-NATO Şurasının iclası keçirilib.
İclasının yekunlarına dair mətbuat konfransında Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib ki, Şimali Atlantika Alyansının genişlənməsi prosesi qəbuledilməz risklər daşıyır. Moskva bunlara qarşı olacaq.
Rusiya XİN nümayəndəsi xatırladıb ki, 1997-ci ildə "NATO-nun qapısını RF-lə ümumi sərhədi olan ancaq bir ölkə döyürdü".

"Hazırda NATO-nun tərkibinə bir çox ölkə daxil olub. onların ərazisi aşkar şəkildə Rusiya istiqamətində müxtəlif strateji dərinliyə yönəlmiş gücün toplanması üçün istifadə olunur", - diplomat deyib.

Qruşko vurğulayıb ki, bu, ölkənin təhlükəsizliyini ciddi şəkildə pisləşdirir, onun üçün qəbuledilməz risklər yaradır. Rusiya isə buna müqavimət göstərəcək. Eyni zamanda RF Alyansın "soyuq müharibə" dövründəki təhlükəsizlik sxemlərinə qayıtmasından narahatdır.
"Açıq qapı" siyasəti dayandırılmalı, Rusiyaya NATO-nun şərqə doğru irəliləməyəcəyinə dair hüquqi zəmanətlər verilməlidir", - Qruşko deyib.
O həmçinin qeyd edib ki, Rusiya və NATO-nu birləşdirəcək pozitiv gündəm yoxdur: "NATO-nun qərarı ilə alyansla bizim aramızda ümumi maraqlar zonasındakı bütün təcrübi əməkdaşlıq dayandırılıb".
Qruşko deyib ki, Rusiya deeskalasiya üzrə tədbirlər təklif etsə də, Alyans onlara etina etməyib. Danışıqlar isə açıq və dolğun olsa da, proses zamanı fundamental məsələlərdə xeyli fikir ayrılığı meydana çıxıb.
Rusiya XİN başçısının müavini onu da bildirib ki, Rusiya-NATO Şurasının iclası zamanı təhlükəsizliyin arxitekturasının deqradasiyasına təsir göstərən amillər də nəzərdən keçirilib.
Rusiya Avropa təhlükəsizliyi sahəsində böhranın aradan qaldırılması üçün öz fikrini bildirib, Qruşko deyir. Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü sayəsində baş tutan görüş məhz Avropa təhlükəsizliyinin deqradasiyasına təsir edən bütün amillərin analizinə həsr edilmişdi.
"Tərkibinə hərbçilərimizn də daxil olduğu Rusiya nümayəndə heyəti bu təhlükəsizlik landşaftının pisləşməsinə təsir edən amillərin analizini təqdim etdi. Bu, bütün ölkələrin təhlükəsizlik baxımdan maraqlarını əhatə edir, əlbəttə ki, bizim üçün də ilk növbədə Rusiya Federasiyasının təhlükəsizlik maraqları vacibdir".

"Biz düzgün və aydın qaydada, müəyyən düzgün siyasi formullardan istifadə edərək situasiyanın bundan sonrakı gedişinin Avropanın təhlükəsizliyi üçün çox ağır, ehtimal oluna bilməyən nəticələrə gətirib çıxaracağını göstərdik. Rusiya belə bir ssenari ilə razı deyil", - Qruşko mətbuat konfransında deyib.

ABŞ və müttəfiqlərinin bütün sahələrdə və bütün mümkün hərbi əməliyyat səhnələrində (quruda, havada, dənizdə, indi isə kosmos və kibermühitdə) üstünlüyü ələ almağa çalışmasına diqqət çəkən Qruşko qeyd edib ki, NATO siyasəti Rusiyanı cilovlamağa yönəlib.
"Bunun üçün nəhəng vəsaitlər ayrılır, bunun Alyansın əsas məramı olduğu gizlədilmir, faktın özü isə ümumavropa təhlükəsizliyini başqa prinsiplər əsasında qurmaq cəhdlərini dağıdır", - Qruşko hesab edir.
O qeyd edib ki, ancaq Alyans "cilovlamaq" xəttini davam etdirsə, Rusiya da əks-tədbir görəcək.

"Əgər bu, qorxutma olacaqsa, biz də qorxudacağıq. Əgər bu, RF müdafiə sistemində hansısa boşluqların axtarılması olacaqsa, deməli, bu, NATO tərəfindən zəifliklərin axtarılması olacaq. Bu bizim seçimimiz deyil, ancaq indiki hadisələrin təhlükəli gedişatını qıra bilməsək, başqa yolumuz qalmayacaq", - Qruşko deyib.

O həmçinin vurğulayıb ki, NATO-nun qlobal təhlükəsizliyi Rusiyanın iştirakı olmadan qurmaq cəhdləri məhsuldar deyil və rəsmi Moskva buna yol verməyəcək. Eyni zamanda Rusiya, Alyans ümumi təhlükəsizliyin təminatı üzrə cəhdlərə yanaşmasını dəyişərsə, NATO yanında özünün diplomatik missiyasının bərpasını istisna etmir.
Xəbər lenti
0