Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırma yekunlaşıb

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluğun avtomobilləri, arxiv şəkli
Baş Prokurorluğun avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Xəbərlərə abunə olun
Tofiq Yaqublunun müraciətini Səbail Rayon Prokurorluğu araşdırıb.
BAKI, 12 yanvar — Sputnik. Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılan araşdırma yekunlaşıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı" adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bildirilir ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanan material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала