CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev doxsan yaşlı akademiki təltif edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Akademik Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
BAKI, 11 yanvar — Sputnik. Prezident İlham Əliyev Məmməd Əhəd oğlu Salmanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, M. Salmanov Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, Məmməd Salmanov 1932-ci il yanvarın 12-də Ermənistanda Qaraqışlar kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilib.
Əsas elmi nailiyyətləri
Azərbaycanın bütün su mənbələrinin (çay, göl, bulaq, termal-mineral qaynaqlar, su anbarları) ekoloji mikrobiologiyası, sanitar hidrobiologiyası, trofikası, saprobluq dərəcələrinin öyrənilməsi;
Xəzər dənizinin fundamental mikrobiologiyası, bioloji məhsuldarlığı, üzvi maddələr balansı, ekoloji monitorinqi;
Kür və Araz çaylarının mənbədən mənsəbə kimi 5 dövlətdə mikrobioloji monitorinqi, ekoloji mikrobiologiyası.
Xəbər lenti
0