https://sputnik.az/20220107/sarayda-sessiz-olum---uc-fehlenin-curumus-meyitleri-askarlandi---437948252.html
Sarayda səssiz ölüm: Dəm qazından boğulan üç fəhlənin çürümüş meyitləri aşkarlandı
Sarayda səssiz ölüm: Dəm qazından boğulan üç fəhlənin çürümüş meyitləri aşkarlandı
Sputnik Azərbaycan
İmişli rayonundan olan üç kişi Saray qəsəbəsində təmir işləri gördükləri evdə dəm qazından boğularaq ölüblər. Onların çürümüş meyitləri ötən gün aşkarlanıb.
2022-01-07T13:47+0400
2022-01-07T13:47+0400
2022-01-07T14:04+0400
azərbaycan
paytaxt xəbərləri
dəm qazı
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805883_0:147:3379:2048_1920x0_80_0_0_bd084c841dd89cc596a13d211215a4bf.jpg
BAKI, 7 yanvar — Sputnik. Abşeronda bir evdə 3 nəfər dəm qazından boğularaq ölüb. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.***Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.Hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. APA-nın xəbərinə görə, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.Xatırladaq ki, bayram günlərində də dəm qazından zəhərlənmə hadisəsi baş vermişdi. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb.Bayram günlərində zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazından boğulma ilə bağlı müraciət edib.Həmçinin oxuyun:Evlərdəki səssiz ölüm - dəm qazından zəhərlənmə barədə hər şey
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805883_279:0:3010:2048_1920x0_80_0_0_d4ed030149acc08b3094ec3a0f474756.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üç çürümüş meyit bir otaqda - təmir etdikləri evdə öldülər
üç çürümüş meyit bir otaqda - təmir etdikləri evdə öldülər
Sarayda səssiz ölüm: Dəm qazından boğulan üç fəhlənin çürümüş meyitləri aşkarlandı
13:47 07.01.2022 (Yenilənib: 14:04 07.01.2022) İmişli rayonundan olan üç kişi Saray qəsəbəsində təmir işləri gördükləri evdə dəm qazından boğularaq ölüblər. Onların çürümüş meyitləri ötən gün aşkarlanıb.
BAKI, 7 yanvar — Sputnik. Abşeronda bir evdə 3 nəfər dəm qazından boğularaq ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur.
APA-nın xəbərinə görə, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.
Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.
Xatırladaq ki, bayram günlərində də dəm qazından zəhərlənmə hadisəsi baş vermişdi. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb.
Bayram günlərində zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazından boğulma ilə bağlı müraciət edib.