DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türk Şurası Tokayevə dəstək verdi

© AFP 2024 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Bəyanat: Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq.
BAKI, 6 yanvar — Sputnik. "Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.

"Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq. Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik", - deyə bəyanatda bildirilir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələrlə bağlı bəyanat yayıb. Fonddan AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələri ciddi narahatlıqla izləməkdədir. Biz əminik ki, çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və türk dünyasının, türk birliyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əmin-amanlıq şəraitində inkişaf edərək, daha böyük uğurlar qazanacaqdır. Daima Qazaxıstanın yanında olduğumuzu ifadə edərək, tezliklə sabitliyin bərpasına dərindən inanır, qardaş qazax xalqına xoşbəxtlik və firavanlıq arzu edirik. Hadisələr nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
Həmçinin oxuyun:
KTMT sülhməramlıları artıq Qazaxıstandadır
Qazaxıstandakı hadisələrin səbəbinin araşdırılması üçün istintaq komitəsinin yaradılır
Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
Xəbər lenti
0