SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı və Ankara Qazaxıstandakı vəziyyəti müzakirə ediblər - Rəsmi

© Photo : Twitter / Mevlüt ÇavuşoğluAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Sputnik Azərbaycan XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
"Nazirlər, Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
Həmçinin oxuyun:
Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat
Xəbər lenti
0