Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanı dünyanın taleyini dəyişəcək görüşdə kim təmsil edəcək?

© Sputnik / Владимир БарановRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 12-si Rusiya-NATO iclasının çağırıldığını bildirib.
BAKI, 5 yanvar — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
“Çavuşoğlu və Stoltenberq NATO XİN başçılarının və NATO-Rusiya Şurasının görüşü ərəfəsində fikir mübadiləsi aparıblar”, - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilib.
-----------
11:54
NATO-Rusiya Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin idarələrarası nümayəndə heyəti ilə təmsil olunacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"İdarələrarası nümayəndə heyəti", - deyə Qruşko müvafiq suala cavab verərkən bildirib.
Qruşko izah edib ki, iclasda eyni zamanda Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.
"Biz bu mövqedən çıxış edirik ki, hərbçilər nəinki iclasda, eyni zamanda hərbi təhlükəsizlik məsələlərinin müzakirəsində birbaşa iştirak edəcəklər", - deyə Qruşko qeyd edib.
Qeyd edək ki, ötən gün NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 12-si Rusiya-NATO iclasının çağırıldığını bildirib. Stoltenberqin sözlərinə görə, iclas zamanı Avropanın təhlükəsizliyinə dair məsələlər müzakirə olunacaq.
Xəbər lenti
0