https://sputnik.az/20220103/azerbaycan-polislerine-buster-doza-vurmaga-baslayiblar-omikrondan-olen-var-437830966.html
Azərbaycan polislərinə buster doza vurmağa başlayıblar: Omikron ştammından ölən var
Azərbaycan polislərinə buster doza vurmağa başlayıblar: Omikron ştammından ölən var
Sputnik Azərbaycan
Yaşı 90-dan yuxarı olan şəxslərin ölümdən sonrakı testləri “Omikron” ştamına dair müsbət nəticə verib.
2022-01-03T12:09+0400
2022-01-03T12:09+0400
2022-01-03T12:11+0400
azərbaycan xəbərləri
polis
koronavirus
covid-19
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436871619_0:123:3072:1851_1920x0_80_0_0_5fa33418b34e937e8f4f7797af109804.jpg
BAKI, 3 yanvar - Sputnik. Azərbaycanda polis əməkdaşlarına buster doza vurulur.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki, ötən ilin fevral ayından COVID-19 virusuna qarşı polislərin vaksinləşməsi aparılır. İlkin olaraq Bakı şəhərində xidmət edən polis əməkdaşları üçün DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarda vaksinasiya prosesi başlayıb. Sonra isə DİN rəhbərliyinin göstərişinə uyğun olaraq, rayon polis idarə və şöbələrində, bundan əlavə, həm Daxili Qoşunların Bakı şəhərindəki, həm də regionlarda olan hərbi hissələrdə İdarənin tibbi briqadaları peyvəndlənməni həyata keçiriblər.“Hazırda da birinci, ikinci və üçüncü - buster doza vurulur”, - deyə Report-a DİN-dən bildirilib.Omikrondan ilk ölüm halı qeydə alınıbBu arada Cənubi Koreyada koronavirusun “Omikron” ştamından ilk ölüm faktı qeydə alınıb.Paytaxt Seulun 329 km cənubundakı Kvancu şəhərində 2 nəfər koronavirusdan vəfat edib.Yaşı 90-dan yuxarı olan şəxslərin ölümdən sonrakı testləri “Omikron” ştamına dair müsbət nəticə verib.Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.Həmçinin oxuyun:Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanırHamilə qadınlara və uşaqlara buster doza vurula bilər?Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436871619_267:0:2998:2048_1920x0_80_0_0_e62417adbdb62735426dddc95d3037dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polisləri peyvəndləyirlər omikron ştammından isə ölən var
polisləri peyvəndləyirlər omikron ştammından isə ölən var
Azərbaycan polislərinə buster doza vurmağa başlayıblar: Omikron ştammından ölən var
12:09 03.01.2022 (Yenilənib: 12:11 03.01.2022) Rayon polis idarə və şöbələrində, bundan əlavə, həm Daxili Qoşunların Bakı şəhərindəki, həm də regionlarda olan hərbi hissələrdə İdarənin tibbi briqadaları peyvəndlənməni həyata keçiriblər.
BAKI, 3 yanvar - Sputnik. Azərbaycanda polis əməkdaşlarına buster doza vurulur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən ilin fevral ayından COVID-19 virusuna qarşı polislərin vaksinləşməsi aparılır. İlkin olaraq Bakı şəhərində xidmət edən polis əməkdaşları üçün DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarda vaksinasiya prosesi başlayıb.
Sonra isə DİN rəhbərliyinin göstərişinə uyğun olaraq, rayon polis idarə və şöbələrində, bundan əlavə, həm Daxili Qoşunların Bakı şəhərindəki, həm də regionlarda olan hərbi hissələrdə İdarənin tibbi briqadaları peyvəndlənməni həyata keçiriblər.
“Hazırda da birinci, ikinci və üçüncü - buster doza vurulur”, - deyə Report-a DİN-dən bildirilib.
Omikrondan ilk ölüm halı qeydə alınıb
Bu arada Cənubi Koreyada koronavirusun “Omikron” ştamından ilk ölüm faktı qeydə alınıb.
Paytaxt Seulun 329 km cənubundakı Kvancu şəhərində 2 nəfər koronavirusdan vəfat edib.
Yaşı 90-dan yuxarı olan şəxslərin ölümdən sonrakı testləri “Omikron” ştamına dair müsbət nəticə verib.
Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:
""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".
Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.
Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.