SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan – Rusiya münasibətlərində bu il nə gözlənilir?

© Sputnik / Murad OrujovRusiya-Azərbaycan bayraqları
Rusiya-Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
Bununla bağlı həm Azərbaycan, həm də Rusiya Prezidenti Administrasiyası tərəfindən bir sıra təbirlərin keçirilməsi nəzərdə tutulub.
BAKI, 1 yanvar — Sputnik. Azərbaycan Rusiya üçün çox önəmli, vacib tərəfdaşdır. Təbii ki, Rusiya ilə münasibətlər nə qədər yaxşıdırsa, Azərbaycan üçün də bir o qədər yaxşıdır.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Şəfiyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi keçiriləcək: "Bununla bağlı həm Azərbaycan, həm də Rusiya Prezidenti Administrasiyası tərəfindən bir sıra təbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər həm Bakı, həm də Moskvada keçiriləcək. İl ərzində Azərbaycan-Rusiya regionlararası forum, Azərbaycan-Rusiyanın Gənclər Forumu, Media forumu və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub".
BMTM rəhbərinin sözlərinə görə, gələn il Rusiya paytaxtı Moskvada Azərbaycan-Rusiya ekspertlər Şurasının iclası keçiriləcək: "Bizim məqsədimiz Şuranın daimi şəkildə fəaliyyət göstərməsidir. Ola bilsin ki, gələcəkdə Şuranın iclası il ərzində iki dəfə keçirilsin".
Xəbər lenti
0