CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilin ilk gününə hava proqnozu

© Sputnik / Murad OrujovBakıda Yeni il
Bakıda Yeni il - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəlincə, yeni ilin ilk günü hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
BAKI, 31 dekabr — Sputnik. Milli Hidrometeorologiya Xidməti Yeni ilin ilk iş gününün hava proqnozunu açıqlayıb.
2022-ci il yanvarın 1-də, Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 01-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti,gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Xəbər lenti
0