https://sputnik.az/20211230/macaristandan-gozlenilmez-gedis---baki-5-ermenini-yerevana-tehvil-verdi-437729694.html
ABŞ-dan Azərbaycanın Ermənistana jestinə reaksiya
ABŞ-dan Azərbaycanın Ermənistana jestinə reaksiya
Sputnik Azərbaycan
Daha əvvəl Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib. 30.12.2021, Sputnik Azərbaycan
2021-12-30T10:05+0400
2021-12-30T10:05+0400
2021-12-30T10:13+0400
qarabağ
erməni
macarıstan
əsir
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122792_0:0:3073:1728_1920x0_80_0_0_fbcefe249db3d7319194ecf705ef4455.jpg
BAKI, 30 dekabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat səfirliyin Twitter hesabında yerləşdirilib. “Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, - paylaşımda bildirilir.--------------29.12.202118:02Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 nəfər erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır.Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.Qeyd edək ki, daha əvvəl Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib."Bu gün bir nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari il noyabrın 26-da daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb", - məlumatda vurğulanıb.Həmçinin oxuyun:Azərbaycan erməni əsilli mülki şəxsi Ermənistana təhvil veribRəsmi Bakı Ermənistanla bağlı hansı işləri görüb - XİN-dən açıqlamaQızıl Xaç Komitəsi bu agentliyə qoruyucu ləvazimatlar ianə edibƏsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427122792_78:0:2809:2048_1920x0_80_0_0_b6ea80cb1c618c1bf71b08b7228fd666.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ermənistan hərbçi erməni beş təhvil macarıstan
azərbaycan ermənistan hərbçi erməni beş təhvil macarıstan
ABŞ-dan Azərbaycanın Ermənistana jestinə reaksiya
10:05 30.12.2021 (Yenilənib: 10:13 30.12.2021) Daha əvvəl Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib.
BAKI, 30 dekabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat səfirliyin Twitter hesabında yerləşdirilib. “Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, - paylaşımda bildirilir.
Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 nəfər erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.
Bu barədə
Sputnik Azərbaycan-a Azərbaycanın
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.
Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır.
Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.
Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib.
"Bu gün bir nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari il noyabrın 26-da daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb", - məlumatda vurğulanıb.
Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı