https://sputnik.az/20211229/moskva-azerbaycan-ile-ermenistani-barisdirmaq-ucun-ne-edib-437678556.html
Moskva Azərbaycan ilə Ermənistanı barışdırmaq üçün nə edib?
Moskva Azərbaycan ilə Ermənistanı barışdırmaq üçün nə edib?
Sputnik Azərbaycan
Rusiya XİN 2021-ci ildə xarici siyasətindəki prioritetini açıqlayıb. Azərbaycan və Ermənistan arasında münasibətlərə də diqqət ayrılıb. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T00:26+0400
2021-12-29T00:26+0400
2021-12-29T00:26+0400
azərbaycan
rusiya
ermənistan
rusiya federasiyası
rusiya xin
hesabat
münasibət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830173_0:0:3210:1807_1920x0_80_0_0_2e0e7f46201fcb40ec20eadf2beee990.jpg
BAKI, 29 dekabr — Sputnik. Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına kömək edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ildə xarici siyasətə dair yekun hesabatında deyilir. Hesabatda qeyd olunur ki, münaqişənin həllində Rusiyanın rollarından biri Azərbaycan-Ermənistan sərhədlərinin sonrakı demarkasiyası məqsədilə delimitasiyası, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə ikitərəfli komissiyanın yaradılmasına göstərdiyi kömək olub. Qurum dekabrın 10-da Moskvada regional məşvərət platformasının hələlik Gürcüstan olmadan keçirilmiş "3+3" formatındakı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşə də diqqət çəkib. Rusiya XİN-in hesabatında geridə qoymaqda olduğumuz ilin əsas nailiyyətləri sırasında strateji hücum silahlarının məhdudlaşdırılması üzrə Rusiya-ABŞ Müqaviləsinin uzadılması, Rusiyanın təşəbbüsü ilə BMT-də İKT istifadəsi sahəsində təhlükəsizlik məsələləri üzrə işçi qrupun yaradılması, Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyasının kosmosda silah yerləşdirməyi qadağan edən qətnaməsinin qəbulu da göstərilir. Eləcə də İranın nüvə proqramı ilə bağlı vəziyyətin yoluna qoyulması üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsi üçün danışıqların başlamasında, Əfqanıstan xalqına humanitar yardım göstərilməsində, Suriyada situasiyanın yoluna qoyulması üçün "Astana formatı"nda işlərin davam etdirilməsində Rusiyanın rolu qeyd olunur."Rusiyanın xarici siyasətində prioriteti Böyük Avrasiya məkanında əməkdaşlıq və inteqrasiya layihələrinin təşviqi olub", - XİN-in məlumatında deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830173_262:0:2993:2048_1920x0_80_0_0_47eb4b4ad6eac4d14ad00a75c89b5142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya azərbaycan ermənistan xin illik hesabat siyasət xarici pioritet
rusiya azərbaycan ermənistan xin illik hesabat siyasət xarici pioritet
Moskva Azərbaycan ilə Ermənistanı barışdırmaq üçün nə edib?
Rusiya XİN 2021-ci ildə xarici siyasətindəki prioritetini açıqlayıb. Azərbaycan və Ermənistan arasında münasibətlərə də diqqət ayrılıb.
BAKI, 29 dekabr — Sputnik. Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına kömək edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ildə xarici siyasətə dair yekun hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, münaqişənin həllində Rusiyanın rollarından biri Azərbaycan-Ermənistan sərhədlərinin sonrakı demarkasiyası məqsədilə delimitasiyası, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə ikitərəfli komissiyanın yaradılmasına göstərdiyi kömək olub.
Qurum dekabrın 10-da Moskvada regional məşvərət platformasının hələlik Gürcüstan olmadan keçirilmiş "3+3" formatındakı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşə də diqqət çəkib.
Rusiya XİN-in hesabatında geridə qoymaqda olduğumuz ilin əsas nailiyyətləri sırasında strateji hücum silahlarının məhdudlaşdırılması üzrə Rusiya-ABŞ Müqaviləsinin uzadılması, Rusiyanın təşəbbüsü ilə BMT-də İKT istifadəsi sahəsində təhlükəsizlik məsələləri üzrə işçi qrupun yaradılması, Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyasının kosmosda silah yerləşdirməyi qadağan edən qətnaməsinin qəbulu da göstərilir.
Eləcə də İranın nüvə proqramı ilə bağlı vəziyyətin yoluna qoyulması üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsi üçün danışıqların başlamasında, Əfqanıstan xalqına humanitar yardım göstərilməsində, Suriyada situasiyanın yoluna qoyulması üçün "Astana formatı"nda işlərin davam etdirilməsində Rusiyanın rolu qeyd olunur.
"Rusiyanın xarici siyasətində prioriteti Böyük Avrasiya məkanında əməkdaşlıq və inteqrasiya layihələrinin təşviqi olub", - XİN-in məlumatında deyilir.